Məmməd Əliyev (prokuror)

Məmməd Əliyev (tam adı: Əliyev Məmməd Ağalar oğlu) — Hüquqşünas, Prokuror, Ədliyyə polkovniki, baş Ədliyyə müşaviri, Bakı Karate-do Akademiyası-nın fəxri prezidenti.

Məmməd Əliyev
Məmməd Ağalar oğlu Əliyev
Doğum tarixi (59 yaş)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Əliyeva Fəridə
Uşaqları Əliyev Heydər, Əliyev Ağalar, Əliyev Cavanşir
Atası Əliyev Ağalar
Milliyyəti azərbaycanlı
İxtisası Hüquqşünas
İmza

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyev Məmməd Ağalar oğlu 29 iyun 1964-cü ildə zəhmətkeş ailəsində anadan olmuşdur. 1981-ci ildə kənd orta məktəbi bitirmişdir. 1982–1984-cü illərdə SSRİ-nin Daxili Qoşun Hissələrində hərbi xidmət keçmişdir. 22.02.1984-cü il tarixdən 11.10.1984-cü il tarixədək 250 dəfə qüsursuz hərbi silahlı döyüş tapşırığı yerinə yetirdiyinə görə SSRİ Daxili Qoşun Komandanlığı tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşdur. 1984-cü ildə ordu sıralarında Sovet İttifaqı Kommunist Partiyasının sıralarına namizədliyə qəbul olunmuş, 1986-cı ilin sentyabr ayında tələbə olarkən Bakı Şəhəri sabiq Oktyabr rayon Partiya komıtəsinin bürosunda partiya sıralarına qəbul olunub (No 22799758) saylı partiya biletini almışdır. 1990-cı ilin məlum yanvar hadisələrində Sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş amansız qətliyamlara etiraz olaraq rəsmi müraciəti əsasında partiya sralarından imtina etmişdir…

Ədliyyə müşaviridir.

Məmməd Əliyev Dövlətimizin ən ali mükafatı olan Heydər Əliyev ordenli xalq yazıçısı Anarın sədrlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Konstitusiya Günü münasibətilə Azərbaycan Ədəbiyyat Fondunun "Şərəf mükafatına layiq görülmüşdür. "Əmək, əmək haqqının səmərəli təşkilinin hüquqi təminatının təkmilləşdirilməsinin nəzəri metodoloji prinsipləri" adlı namizədlik dissertasiyasını bitirmişdir.

Ailəlidir, üç oğul atasıdır.

O, "Səs" qəzetinin 12 may 1993-cü il tarixli 24 (107) sayında Heydər Əliyrvin 70 illik yubileyi ilə bağlı "Hər iki Heydər yüz yaşasın" adlı məqalə ilə çıxış etmişdir.

O, YAP-ın Xətai rayon konfransında (06.03.1993-cü il) yenicə formalaşan Partiyanın ilk təftiş komissiyasına sədri seçilmişdir".

10 may 2013 cu il tarixdə Miniatür kitab muzeyinin qurucusu və rəhbəri Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təqdimatı əsasında Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibət ilə Məmməd Əliyev üzərində Heydər Əliyevin əksi həkk olunmuş qızıl "Nişanə" ılə mükafatlandırılmışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında (1985–1990-cı illər) mühəndis, Rusiya Federasiyasında (1993–1999-cu illər) hüquqşünas olaraq iki ali təhsil almışdır. Əmək fəaliyyətinə Dövlət Neft Şirkətində başlamışdır.

Uzun müddət müxtəlif idarəetmə orqanlarında, 14.11.2000-ci ilə kimi ARDNŞ-də 10 dərəcə ali hüquqşünas vəzifəsində işləmişdir.

Həmin tarixdə 36 yaşında möhtərəm Prezidentimiz cənab ilham Əliyevin 24.10.2000-ci il tarixli No İ.Ə-34 saylı "Zəmanət məktubu" əsasında ARDNŞ-nin 10-cu dərəcəli hüquqşünas vəzifəsindən müstəsna halda birbaşa Baş Prokurorluğun mərkəzi aparatında şöbə prokuroru vəzifəsinə təyin edilərək II dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir.

.Ədliyyə müşaviridir.

Məmməd Əliyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Konstitusiya Günü münasibətilə Azərbaycan Ədəbiyyat Fondunun "Şərəf mükafatına layiq görülmüşdür. "Əmək, əmək haqqının səmərəli təşkilinin hüquqi təminatının təkmilləşdirilməsinin nəzəri metodoloji prinsipləri" adlı namizədlik dissertasiyasını bitirmişdir.

"Bakı Karate-do Akademiyası" -nın fəxri prezidentidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]