Məmməd Əliyev (SSRİ-nin Fəxri Dəmiryolçusu)

Məmməd Əli oğlu Əliyev (9 sentyabr 1934, Dəvəçi rayonu3 noyabr 2004) — Dəvəçi Dəmir Yolu Stansiyasının Rəisi, "Şərəf nişanı" ordenli, SSRİ-nin fəxri dəmiryolçusu, Əmək veteranı.

Məmməd Əliyev
Doğum tarixi 9 sentyabr 1934(1934-09-09)
Doğum yeri
Vəfat tarixi 3 noyabr 2004(2004-11-03) (70 yaşında)
Təhsili
  • Rostov Dövlət Nəqliyyat Universiteti[d]
Fəaliyyət illəri 1950–2000
Tanınır SSRİ-nin Fəxri Dəmiryolçusu
Mükafatları "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı
Fəxri dəmiryolçu
mamedaliyev.com

Məmməd Əliyev 9 sentyabr 1934-cü ildə indiki Azərbaycan SSR-ə daxil olan, hazırda isə Azərbaycanın Şabran rayonu kimi tanınan Dəvəçidə. O bölgədə dərin köklərə və ənənələrə malik bir ailədə böyüyüb və atası Kərbəlayi Ustad Əli hörmətli bir şəxsiyyət olub, çünki o, evlərin və dəmir yollarının tikintisi ilə məşğul idi. Onun peşəsi yerli sakinlər arasında böyük hörmət qazanmışdı, çünki tikinti o dövrdə infrastrukturun inkişafında və icmanın rifahının təmin edilməsində mühüm rol oynayırdı.

1959-cu ildə Bakı dəmir yolu texnikumuna daxil olmuş və 1963-cü ildə dəmiryolunun istismarı üzrə texnik ixtisasına yiyələnmişdir. 1964-cü ildə Rostov Dəmiryolu mühəndisləri İnstitutuna qəbul olunmuş və 1971-ci ildə dəmiryolunun istismarı üzrə mühəndis ixtisasına yiyələnmişdir, 1975-ci ildə Moskvada dəmiryol nəqliyyatı rəhbər işçilərinin ali ixtisasartırma kurslarını bitirmişdir.

1962–1968-ci illərdə keçmiş Nasosnu indiki Zeynalabdin Tağıyev qəsəbəsində dəmiryol stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.

1968-ci ilin avqust ayında isə yenidən Dəvəçi Dəmiryol Stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. 2000-ci ilə qədər bu vəzifədə çalışmışdır.

Beləliklə, 1950-ci ildən əmək fəaliyyətinə başlamış, sıravi dəmiryolçudan, 1962 – 2000-ci ilədək Dəvəçi stansiyasının rəisi vəzifəsinə qədər uzun bir əmək yolu keçmişdir.

SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 28 fevral 1974-cü ildə "Şərəf nişanı" ordeni ilə təltif edilib.

31 yanvar 1984-cü ildə "Əmək veteranı" medalı ilə təltif edilib.

31 oktyabr 1984-cü ildə SSRİ-Yollar Naziri N. S. Konarevin əmri ilə Fəxri dəmiryolçu döş nişanı ilə təltif edilib.

Müxtəlif vaxtlarda SSRİ və Respublika Dəmir yolları Nazirliyinin, eləcə də rayon partiya komitəsinin (20-dən çox) Fəxri fərmanlarına layiq görülüb.

Haqqında Nəşrlər

[redaktə | mənbəni redaktə et]
  • "Adın işığı" — Aydın Tağıyev, 1998
  • "Eldən soruş" −2001

Hər il yerli rayon və Azərbaycan dəmiryolçusu qəzetlərində dəyərli məqalələri dərc olunub.

Ailəsi və Vəfatı

[redaktə | mənbəni redaktə et]

6 övladı 16 nəvəsi var. Həyat Yoldaşı Əliyeva Səlminaz Şəmsəddin Qızı (eng. Aliyeva Selminaz, 16 oktyabr 1940 – 5 fevral 2000-ci idə dünyasını dəyişib.)

Övladları:

  • Nazirə Məmməd qızı Əliyeva – 1958-ci ildə anadan olub. Ali təhsilli mühəndisdir.
  • Tahirə Məmməd qızı Əliyeva — 1959-cu ildə anadan olub. Ali təhsilli mühəndisdir.
  • Kəmalə Məmməd qızı Əliyeva — 1962-ci ildə anadan olub. Orta təhsillidir.
  • Süheyl Məmməd oğlu Əliyev – 1964-cü ildə anadan olub. Ali təhsilli iqtisadçı mühəndisdir.
  • Əli Məmməd oğlu Əliyev — 1966-cı ildə anadan olub. Ali təhsilli mühəndis, hüquqşünasdır.
  • Fərid Məmməd oğlu Əliyev – 1970-ci ildə anadan olub. Ali təhsilli iqtisadçı, hüquqşünasdır.