Məmməd Əmin Azadvətən (1905, Cənubi Azərbaycan – 1974, Urmiya) — Azərbaycanın Demokrat Firqəsi Urmiyə vilayəti komitəsinin sədri, fadilərin başçısı, Milli Məclis üzvü.[1][2]
Məmməd Əmin Azadvətən | |
---|---|
Doğum tarixi | 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 1974 |
Vəfat yeri | |
Vəfat səbəbi | edam[d] |
Mükafatları |
Məmməd Əmin Azadvətən Urmiyənin Nazlıçay mahalındandır. O gənc ikən ictimai mübarizə meydanlarına qədəm qoymuş Rza xanın milətin mənafeinə zidd siyasətini və məqsədini əhali içərisində açıqlamiş, ifşa etmişdir. 1933-cü ildə Urmiyə qoşunu başçısı tərəfindən tutulub bir muddət Urmiyədə həbsdə saxlanıldıqdan sonra ömürluk olaraq Zəncana sürgün olunmuşdur.[3]
Zəncan nəzmiyə idarəsi və fərmandarlığı Azadvətən-in siyasi fəaliyətinin qarşısını almaq, onu göz altında saxlamaq məqsədilə, zəncan bələdiyə idarəsində süpürgəçilərin başçısıvəzifəsinə işə qəbul etmişdir zəncanda 8 il süpürgəndə qaldığı zaman iş yoldaşlarından və sürgündə olanlardan əlavə bir çoxlarının hörmət və mühəbbətini qazanmış onları öz mütərəqqi fikirlərinə cəlb edəbilmişdir.[4] 1940-cı ilin payızında o siyasi fəaliyət nəticəsində yenidən həbsə alınmışdır. 4 ay zəncan nəzmiyəsində saxlanıldıqdan sonra Tehran-ın Qəsri Qacar zindanına göndərilmişdir. 1941-ci ildə Rza xan diktatorluğunun yıxılması ilə Azadvətən də azad olub Zancana qayıdır.[5]
1943-cü ilini son vaxtlarında Azadvətən öz doğma şəhəri Urmuya gedərək firqənin yaradılmasında və möhkəmləndirlməsində fəal iştirak edir, Urmiyə şəhərinin firqə başçısı seçilir. 1945-ci ildə A. D. F-nin (Azərbaycan Demokrat Fiqəsi) təşkilindən sonra Urmiyə komitəsində fəaliyətine davam etdirərək, firqənin şuarlarını məramnamə və məqsədine kəndlilərə izah etməkdə var gücünü sərf edir. Öz hərarətli nutqları ilə kəskin məntiqi ilə Azərbaycan Demokrat Firqəsinin bayrağı altında 21 Azər nehzətinin hazırlıq işlərində unudulmaz əməkləri keçir A. D. F-nin birinci qurultayında nümayəndə kimi iştirak etmiş və mərkəzi komitənin üzvü seçilmişdir Mili məclis vəkili seçilmiş və Milli hökumət dövründə 21 Azər medalını qazanmışdır.[6]
1946-cı ildə şah ordusu Azərbacana basqın etdikdə Tehran hökuməti tərəfindən tutulub Qəvam hökumətinin rəsmi məmurları onu əməkdaşlığa, illər boyu sədaqət və mətanətlə adımladığı yolun əks istiqamətində hərəkət etməsinə dəvət etdikdə "Çınar ağacı sınar, lakin əyilməz" demişdir. Alçaq düşmən Azərbaycan-ın qarşısında ya ölüm ya məsləyə qarşı çıxmaq məsələsini qoymuşdur Azadvətən mərdlik və şərafətlə yaşadığı kimi azadlıq uğrunda ölümü də şərəf və iyidliklə qarşılamışdır.
Azərbaycan millətinin qəhrəman oğlu A. D. F-nin milli nehzətinin görkəmli xadimi fiziki cəhətdən sınsada mənəvi cəhətdən yaşayır və yaşayacaqdır o sağ ikən öz şüurlu fəaliyəti ilə Azərbaycan millətinin nehzətinə xidmət etmiş şəhid olarkən azadliq yolu mubarizləri tarixinə qızıl bir səhifə artırmışdır.[7]