Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Məmməd Əli oğlu Məmmədov (1 may 1949, Danzik, Noraşen rayonu – 19 yanvar 1990, Sədərək rayonu) — azərbaycanlı şəhid.
Məmməd Məmmədov | |
---|---|
Məmməd Əli oğlu Məmmədov | |
Doğum tarixi | 1 may 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 1990 (40 yaşında) |
Vəfat yeri | Sədərək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | Reyhan Məmmədova |
Uşaqları | Məmmədova Zəmanə, Məmmədov Zamin, Məmmədova Sevinc, Məmmədova Elnarə, Məmmədov Emin, Məmmədova Elnurə |
Atası | Əli Məmmədov |
Anası | Səkinə Məmmədova |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
Məmməd Məmmədov 1949-ci ildə 1 mayda Şərur rayonunun Danzik kəndində anadan olub. 1956-cı ildə həmin kənddə orta məktəbin birinci sinfinə daxil olmuş, 1966-cı ildə bitirmişdir. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuşdur.[1]
Uzun illər Şərur rayon 6 nömrəli mexanikləşdirilmiş səyyar dəstəsində sürücü işləyib.
20 Yanvar faciəsi ərəfəsində düşmənlər Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərirdi. 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdilər. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu.
Yanvarın 19-u axşam saat təxminən altı radələrində qərargah raketlərlə atəşə tutulur. 25-dən artıq adam yaralanır. Bir neçə nəfər Şəhid olur. Onların, içində Məmməd Məmmədov da var idi. Xəstəxanaya aparılarkən yolda şəhid olur. Bel nahiyəsində mərmi yarası olub.
Məmməd Məmmədov Şərur rayonunun Yenikənd (indiki Danyeri) qəbiristanlığında dəfn edilib.[2]
Reyhan Məmmədova ilə ailə qurmuş, altı övladı olmuşdur: Zəmanə, Zamin, Sevinc, Elnarə, Emin, Elnurə.