"iki sahil" — Gündəlik ictimai-siyasi qəzet. Təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Qəzetin baş redaktoru Vüqar Rəhimzadədir.[1]
iki sahil | |
---|---|
Növ | Gündəlik ictimai-siyasi qəzet |
Format | A3 |
Təsisçi | SOCAR |
Baş redaktor | Vüqar Rəhimzadə |
Yaranma tarixi | 10 iyul 1991 |
Dil | Azərbaycan dili |
Qiymət | 0.60 azn |
Səhifə | 8 |
Ünvan | Bakı ş. H.Zərdabi prospekti, 88 |
Tiraj | 5913 |
www.ikisahil.az |
Azərbaycan mətbuatının formalaşmasında öz yeri olan "iki sahil" qəzetinin ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb.[2]
Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı "91-lər"in Heydər Əliyevə müraciəti və bu müraciətə Əliyevin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri olub.[3]
Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində "İki sahil" qəzeti haqqında deyib
O vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin "İki sahil" qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəmHeydər Əliyev
Qəzet SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. "İki sahil" şirkətin və onun strukturlarının həyata keçirdiyi tədbirləri, nəticələrini şəkildə ictimaiyyətə çatdırır.