Məmməd Məmmədov (mühəndis)

Məmməd Əli oğlu Məmmədov (2 iyun 1954, Şıxlar, Ağdam rayonu) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri, Əməkdar mühəndis[1].

Məmməd Məmmədov
Doğum tarixi 2 iyun 1954(1954-06-02) (70 yaş)
Doğum yeri
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2014
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı

1954-cü ildə Ağdam rayonunun Şıxlar kəndində anadan olub. 1968-ci ildə Mingəçevir Politexnik Texnikumunun Sənaye və mülki tikinti fakültəsinə qəbul olmuş, 1972-ci ildə həmin Texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ümumi texniki fənlər fakültəsinə daxil olmuş, 1980-ci ildə həmin İnstitutu Fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin İnstitutu müvəffəqiyyətlə başa vurmuşdur.

M. Ə. Məmmədov 1972-ci ildə "Azərenerji" İstehsalat Birliyinin tikinti-quraşdırma trestində quraşdırıcı-təlimatçı kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə Nazirlər Sovetinin İşlər İdarəsi Təsərrüfat İdarəsinin təmir-tikinti idarəsində tikinti ustası, iş icraçısı və baş iş icraçısı vəzifələrində çalışmış, 1989-cu ildən Nazirlər Soveti İşlər İdarəsi Təsərrüfat İdarəsinin İnzibati Binalar İdarəsinin baş mühəndisi, rəis əvəzi, İşlər İdarəsi Təsərrüfat İdarəsinin Əsaslı tikinti şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1975–1977-ci illərdə Sovet Qoşunlarının Almaniya qrupunda hərbi xidmət keçmişdir.

1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Əsaslı tikinti sektorunun müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən 10 aprel 2014-cü ilədək İşlər İdarəsinin təmir-tikinti şöbəsində müdir müavini vəzifəsində işləmişdir. M. Ə. Məmmədov 10 aprel 2014-cü ildən İşlər İdarəsinin Təmir – tikinti şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində 26 ildən artıq işlədiyi müddətdə dövlət əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsində böyük rolu olmuşdur. M. Ə. Məmmədov tikinti sahəsində göstərdiyi yüksək səviyyədə xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 iyun 2010-cu il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənmə" medalı ilə təltif olunmuşdur.

Ona 2014-cü il 10 aprel tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Əməkdar mühəndis" fəxri adı verilmişdir.[1]

Rəhbərliyi altında tikilən obyektlər

[redaktə | mənbəni redaktə et]

1. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 68, 3231-ci məhəllədə 9 mərtəbəli yaşayış binası;

2. Bakı şəhəri, Nəsimi rayonu, S. Rəhimov küçəsi 138, 307-ci məhəllədə 10 mərtəbəli yaşayış binası;

3. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev və Cavanşir küçələrinin kəsişməsində, 2964 saylı məhəllədə, 16 mərtəbəli yaşayış binası;

4. Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, 589-cu məhəllədə yüksək mərtəbəli yaşayış binaları;

5. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ. Zülfüqarov küçələrinin kəsişməsindəki 2942A saylı məhəllədə yüksək mərtəbəli yaşayış kompleksi;

6. Bir sıra Dövlət əhəmiyyətli obyektlərin və binaların tikintisinə rəhbərlik və nəzarət

Ailəlidir, 3 övladı — oğlu, 6 nəvəsi var

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 iyun 2010-cu il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənmə" medalı ilə təltif olunmuşdur.[2]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 aprel 2014-cü il tarixli Sərəncamına əsasən "Əməkdar mühəndis" fəxri adı verilmişdir.[1]

  1. 1 2 3 "İnşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli, 370 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2014. 25 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2016.
  2. E.qanun.az. "Azərbaycan Respublikasında dövlət qulluğunda fərqlənən şəxslərin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (az.)). E.Qanun.az. 22 iyun 2010. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2018.
  • "Azərbycan Tikinti Kompleksinin Ensiklopediyası" kitabı, IV cild, səhifə: 105.