Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vəzirəliyev Məmməd Bəhram oğlu (1919-1985) — həkim, ali dərəcəli cərrah, tibb elmləri namizədi. I və II dərəcəli Vətən müharibəsi, 2 dəfə Qırmızı Ulduz ordeni laureatı.
Məmməd Vəzirəliyev | |
---|---|
Doğum tarixi | 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 1985 |
Məmməd Bəhram oğlu 1919-cu ildə Şuşa şəhərində anadan olub. Şuşada orta məktəbi bitirdikdən sonra Bakıya köçmüş və burada Pedaqoji texnikuma daxil olub oranı bitirmişdir.
1936-1937-ci illərdə Masallı Rayon Ərkivan kənd orta məktəbində dərs demişdir. Həkim olmaq arzusu ilə Bakıya qayıdaraq 1938-ci ildə Azərbaycan Dövlət Tibb institutuna qəbul olmuşdur. V kursda oxuyarkən müharibə ilə əlaqədar olaraq akademik Mir-Qasımovun rəhbərlik etdiyi Hospital cərrahiyyə kafedrasına ordinator əvəzedicisi vəzifəsində çalışmışdır.
1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Böyük Vətən müharibəsi illərində ilk olaraq həkim-ordinator, sonra 174-cü atıcı polkun sanitar rotasının komandiri, daha sonra isə 20-ci diviziyanın 121-ci motoatıcı batalyonunun əməliyyat-sarğı vzvodunun ordinatoru vəzifəsində çalışmışdır. Müharibə illərində yaralanaraq kontuziya almışdır. Berlinə qədər irəliləmişdir. Əla işinə görə cəbhədə I və II dərəcəli Vətən müharibəsi ordeni, 2 dəfə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. Ordenlərdən əlavə 9 medal və təşəkkürlə təltif edilmişdir. 1946-cı ildə Sovet ordusundan tərxis edilərək Bakıya qayıtmış və Azərbaycan Tibb İnstitutunda fəaliyyətini davam etdirmişdir.
1945-1950-ci illərdə Hospital cərrahiyyə kafedrasının assistenti, 1953-1967-ci illərdə keçmiş Semaşko adına xəstəxananın Uşaq cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1965-ci ildə Tiflisdə «Uşaqlarda bağırsaq keçməzliyi» mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 1967-1969-cu illərdə ATİ-nun Uşaq cərrahlığı kafedrasının assistenti 1969-cu ildən ömrünün sonunadək kafedranın dosenti vəzifəsində işləmişdir. 1967-ci ildə ali dərəcəli cərrah rütbəsi ilə təltif edilmişdir. O, 50 elmi işin müəllifi olmuşdur.
1985-ci il mart ayının 27-də qəflətən kəskin ürək tutmasından vəfat etmişdir.