Məmməd bəy Əhmədbəyov

Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov (1864, Cavanşir qəzası1914, Xankəndi, Şuşa qəzası) — Çar Rusiyası ordusunun polkovniki.

Məmməd bəy Əhmədbəyov
Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1864
Doğum yeri
Vəfat tarixi 1914
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
Rütbə polkovnik

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasıında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi. Sonra 77-ci Tengiz alayına dəyişilmişdi. Bir müddət sonra 14-cü Qrenadyor alayında xidmət etmişdi. Məmməd bəy polkovnik rütbəsi ilə istefaya çıxmışdı.

Məmməd bəy mayor Abbas bəy Ağayevin qızı Böyükxanım xanımla ailə qurmuşdu. Yusif bəy adlı oğlu, Sona xanım, Məryəm xanım, Raziyə xanım, Ayna xanım, Tamara xanım və Nisə xanım adlı qızları vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Əhmədbəyovlar. "Soy" dərgisi, 1 (6), 2007.

İstinadlar[redaktə | mənbəni redaktə et]