Məmmədbağır İbrahim Əli oğlu — 12 dekabr 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.
Məmmədbağır İbrahimov | |
---|---|
Məmmədbağır Əli oğlu İbrahimov | |
Doğum tarixi | |
Doğum yeri | Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Atası | Əli İbrahimov |
Elm sahəsi | gigiyenist |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dövlət Tibb Universiteti |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
Elmi rəhbəri | N.A.Semaşko |
Tanınır | Həkim-gigiyenist |
Mükafatları | Əməkdar elm xadimi |
İbrahimov Məmmədbağır Əli oğıu 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1964-cü ildə tibb elmləri doktoru, 1965-ci ildə professor, 1967-ci ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi adını almışdır. 1930-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinii stomatologiya fakültəsini bitirmişdir.
Azərbaycanda işlədikdən sonra Qazaxıstana ezam olunmuş, Cənubi Qazaxıstan vilayət apteklər idarəsinin rəisi, Alma Ata vilayət səhiyyə şöbəsi müdirinin müavini, Cambul vilayət səhiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1941-ci ildə Monqolustanda işləmişdir. Monqolustan Xalq Respublikası Səhiyyə Nazirinin müşaviri olmuşdur. 1946-cı ildən Mockvada aspiranturada oxumuş, görkəmli səhiyyə təşkilatçısı N.A.Semaşkonun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Bakıya qayıtmış, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda sosial gigiyena və səhiyyənin təşkili kafedrasının müdiri vəzifəsində çalışmışdır.Tədqiqatları Azərbaycanda və Monqolustanda səhiyyənin tarixi və inkişafına həsr olunmuşdur.[1]