Məmmədcavad Qasımzadə

Qasımzadə Məmmədcavad Süleyman oğlu (1911, Bakı1992) — texnika elmləri doktoru, professor.

Məmmədcavad Qasımzadə
Qasımzadə Məmmədcavad Süleyman oğlu
Doğum tarixi 1911
Doğum yeri
Vəfat tarixi 1992
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları "Lenin" mükafatı Azərbaycan SSR əməkdar mühəndisi SSRİ-nin fəxri neftçisi

Qasımzadə Məmmədcavad Süleyman oğlu Bakı şəhərində anadan olmuşdur. 1927-ci ildən neft mədənlərində əmək fəaliyyətinə başlayaraq, çilingər, böyük mühəndis köməkçisi işləmişdir. 1936-cı ildə "Azərneft" İB-nin qazıma şöbəsinə işə qəbul edilib. 1938-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1940-cı ildən "Siyəzənneft" trestinin qazıma konturunda baş mühəndis, direktor, "Elektrokəşfiyyat" kontorunun rəisi, "Azərneft" İB-nin dənizdə qazıma trestində baş mühəndis, rəis müavini, "Azərneftkəşfiyyat" İB-nin rəisi, Azərbaycanın neft sənayesi nazirinin müavini işləmişdir. 1959–1970-ci illərdə AzETNÇİ-da neft və qaz quyularının qazılması üzrə direktoru müavini, 1971-ci ildən isə "Quyuların qazılması texnologiyası" şöbəsinin rəhbəri işləyib. 1961-ci ildə "Azərbaycanın ərazilərində neft-mədən və qaz quyularının konstruksiyalarının sadələşdirilməsi və yüngülləşdirilməsi" mövzusunda namizədlik, 1969-cu ildə isə "7000m və daha artıq dərinlikdə quyuların qazılmasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qasımzadə M. S. dəniz neft yataqlarının kompleks mənimsənilməsi, qazıma sürətinin artırılması texnologiyasının təkmilləşdirilməsi, qəzaların qarşısının alınması sahəsində tanınmış mütəxəssisdir.

Qasımzadə M. S. 100-dən artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi alıb. Qasımzadə M. S. SSRİ Lenin mükafatı laureatı, "Azərbaycanın əməkdar mühəndisi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülüb. O, iki dəfə Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri və medallarla təltif edilib.