Məmmədrza Təbrizli

Məmmədrza Təbrizli (1966, Təbriz) — azərbaycanlı mühacir yazıçı və musiqiçi, radio və televiziya jurnalisti, Norveç Yazıçılar Birliyinin üzvü. [1]

Məmmədrza Təbrizli
Doğum tarixi 1966
Doğum yeri

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmmədrza Həmid oğlu Təbrizli 1966-cı ildə Təbriz şəhərində anadan olub. Atası Həmid 1979-cu ildə İran islam inqilabı dövründə qətlə yetirilib. Atasını itirdikdən sonra 14 yaşında təhsilini yarımçıq saxlayaraq çəkməçiliklə məşğul olur. Sonradan Təbrizdə tarzən Həsən Dəmirçinin və ustad Əli Səliminin muğam dərslərinə qatılır.

1994-1997-ci illərdə TRT radiosunda fəaliyyət göstərir. TRT ilə yanaşı, Türkiyənin müxtəlif televiziya kanallarda mədəniyyət proqramlarında iştirak edib. 1998-ci ildə siyasi səbəblərə görə Avropaya mühacirət edir. 2003-cü ildən etibarən Norveçdə qurulan “Azərbaycan səsi” radiosunun redaktoru kimi çalışır. Jurnalist kimi Güney Azərbaycanla bağlı bir çox yazıları Norveç mətbuatında dərc olunmuşdur. [2]

2011-də Norveçdə baş verən terrora qarşı bəstələdiyi mahnıya görə, Norveç baş nazirinin təşəkkür məktubunu alıb. 2012-ci ildə Norveçdə keçirilən Dil və mədəniyyət festivalında “Hederspris” Şərəf mükafatına layiq görülüb. 2016-cü ildən Norveç Yazıçılar Birliyinin üzvüdür.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Məmmədrza Təbrizli Norveçdə üç musiqi albomu yayımlayıb. “Son gecə” adlı povest və hekayələrdən ibarət ilk kitabı isə 2009-cu ildə Bakıda çap edilib. Bu avtobioqrafik əsərdə müəllifin Güney Azərbaycandan Norveçə mühacirəti ilə bağlı yaşadığı çətinliklər əks olunub. Kitab 2013-cü ildə Bosniya və Herseqovinada boşnak dilində, 2015-ci ildə isə Osloda Norveç dilində çap edilib. “Qartal balası” adlı povest və hekayələr kitabı isə 2011-ci ildə Bakıda nəşr olunub.

Musiqi albomları

[redaktə | mənbəni redaktə et]
  • Ana (1999)
  • Urmu (2004)
  • Ayrılıq (2008)
  1. 1 2 Sibel Thorsen Kocabas. "Folke-forkjemperen" (Norv). utrop.no. 12 oktyabr 2015. 9 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  2. "Norveç'teki Azeriler, Urmiye Gölü'nün kurumaya terk edilişini protesto etti" (türk. ). iyigunler.net. 11 sentyabr 2011. 9 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]