Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Məmmədsadıq Məmmədağa oğlu Abdullayev (1 iyul 1924, Lənkəran, Lənkəran qəzası – 18 oktyabr 2006, Bakı) — alim, anatom, histoloq, Tibb elmləri doktoru (1965), professor (1965), Əməkdar elm xadimi.
Məmmədsadıq Abdullayev | |
---|---|
Məmmədsadıq Məmmədağa oğlu Abdullayev | |
Doğum tarixi | 1 iyul 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 2006 (82 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları |
|
Məmmədsadıq Abdullayev 1 iyul 1924 ildə Lənkəran şəhərində anadan olmuşdur. 1940-cü ildə,Lənkəran şəhərinin 2 №-li orta məktəbini bitirmiş və 16 yaşında, Azərbaycan Tibb İnstitutuna qəbul olunmuşdur. 1944-cü ildə institutu fərqlənmə ilə bitirmişdir, 1943-cü ildən son günlərinə qədər Azərbaycan Tibb İnstitutunda dərs deyib. 1947-ci ildə buranın aspiranturasını və 1965-ci ildə Leninqradda S.M.Kirov adına Hərbi-Tibb Akademiyasında doktoranturanı bitirmiş və orada "Gözün hərəki aparat sinirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, tibb elmləri doktoru adı almışdır. 1967-cı ildən professordur. 1969-cu ildə Azərbaycan Tibb İnstitutunun "Histologiya" və 1969–1979-cu illərdə "İnsan anatomiyası" kafedralarının müdiri işləmişdir. 1988–2006-cı illərdə "İnsan anatomiyası" kafedrasının professoru, 1973–1979-cu illərdə Azərbaycan Anatomlar, Histoloqlar və Embrioloqlar Elmi Cəmiyyətinin sədri, 1976–1979, 1992–1995–ci illərdə "Azərbaycan Tibb" jurnalının baş redaktoru, 1976–1979-cu illərdə Azərbaycan SSR EA Terminologiya Komitəsinin üzvü olmuşdur.
1971-ci ildə SSRİ Ali Sovetinin rəyasət heyətinin fərmanı ilə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur, 2001-cü ildə "Qızıl qələm" mükafatı laureatı olmuşdur.
Məmmədsadıq Abdullyaev 18 oktyabr 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Məmmədsadıq Abdullayevin tədqiqatları periferik sinirlərin mieloarxitektonikasının həm normada, həm də xroniki işemiya şəraitində öyrənilməsinə həsr edilmişdir. O, 300-ədək elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Bir sıra beynalxalq konfranslarda məruzələrlə çıxış etmişdir.