Məhəmməd bəy Hacı Əhməd bəy oğlu (Məmo bəy Məmai) — şair.
Məmo bəy Məmai | |
---|---|
Doğum adı | Məhəmməd bəy Hacı Əhməd bəy oğlu |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Üzvlüyü | |
Məmo bəy Məmai Vikimənbədə |
Məmo bəy Məmai 1849-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Ailədə Məmo çağrıldığından bu adla tanınmışdı. İbtidai təhsilini molla yanında almışdı. Məmai təxəllüsü ilə şeirlər yazırdı. Xurşidbanu Natəvanın başçılıq etdiyi "Məclisi-üns" şairlər birliyinin üzvü idi. O, sənətilə əlaqədar Rusiya, Orta Asiya, Türkiyə yə İranın bir çox şəhərlərini gəzmiş, aldığı təsssüratı, gördüyü şəxslərdən eşitdiklərini qələmə alaraq "Səyahətnamə" adlı əsər yazmışdır, lakin həmin əsər bu günə gəlib çıxmamışdır.
Şair 1918-ci ildə Şuşada vəfat etmişdir.
Əsərlərini klassik üslubda, Azərbaycan və fars dillərində yazan Məmainin bədii irsindən xeyli nümunə qalmışdır.