Məclisi-üns

“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı.

Məclisi-üns
Yaranma tarixi 1864

1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı.[1] Məclis 2022-ci ildə bərpa edilmşdir.[2]

İştirakçıları

[redaktə | mənbəni redaktə et]

Məclisin fəal iştirakçıları:

  1. Xurşidbanu Natəvan
  2. Mirzə Sadıq Piran (1811-1892) "Məclisi-üns"" şairləri özlərinə təxəllüs seçərkən onun qarşısında and içərmişlər[3]
  3. Mirzə Rəhim Fəna
  4. Hacı Abbas Agah
  5. Mirzə Ələsgər Növrəs (1836-1911)
  6. Məmo bəy Məmai (1834-1902) tacir (Görkəmli ədib Ə.Haqverdiyevin dayısı)
  7. İs­mayıl bəy Daruğə (1842-1891)
  8. Məşədi Nəsir Lövhi
  9. Baxış bəy Səbur


Məclisin digər iştirakçıları:

  1. Məhəmmədəli bəy Məxfi (1821-1892)
  2. Məşədi Mahmud bəy Vəzirov (1836-1902), tacir
  3. Mirzə Həsən Yüzbaşov-Qarabaği (1824-1904) tacir
  4. Mehdiqulu xan Vəfa (1856-1900 Natəvanın birinci ərindən (Xasay xan Usmiyevdən) olan oğlu
  5. Mir Həsən Ağa Mir (1869-1902) Natəvanın ikinci ərindən (Seyid Hüseyndən) olan oğlu[4]
  1. "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  2. ""Məclisi-üns"ün fəaliyyətinin bərpasına ziyalıların və ictimaiyyətin reaksiyası". 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  3. Ədəbiyyatşünas Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" toplusu
  4. "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]