Mən, Erl və ölən qız (ing. Me and Earl and the Dying Girl) — Cessi Endrüsün 2012-ci ildə yazdığı eyniadlı romandan əsaslanaraq çəkilən komediya-dram filmi. 2015-ci ildə Sandens film festivalında nümayiş olunan filmin rejissorluğunu Alfonso Qomes-Rehon, ssenarisini isə romanın müəllifi Cessi Endrüs yazıb. Rollarda Tomas Mann, Oliviya Kuk, RJ Cyler və Con Berntal çəkilib. Film aktyorluğa və ssenariyə görə tənqidçilər tərəfindən müsbət rəylər əldə edib.
Mən, Erl və ölən qız | |
---|---|
ing. Me and Earl and the Dying Girl | |
Janr | romantik film, dram filmi, komediya filmi |
Rejissor | Alfonso Qomes-Rehon |
Prodüser | |
Ssenari müəllifi | Cessi Endrüs |
Baş rollarda | |
Bəstəkarlar |
Brayan İno Niko Müli |
İstehsalçı | Indian Paintbrush |
Distribütor | Fox Searchlight Pictures |
İlk baxış tarixi |
25 yanvar 2015-ci il (Sandens) 12 iyun 2015-ci il (ABŞ) |
Müddət | 105 dəqiqə[1] |
Büdcə | $8 milyon[2] |
Gəlir | $9.1 milyon[3] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
Rəng | rəngli |
IMDb | ID2582496 |
Özünü marmota oxşadan 17 yaşlı Qreq Qeyns (Tomas Mann) Pittsburq Şenli Liseyində digər tələbələrlə sıx əlaqədən qaçan yuxarı sinif şagirdidir. O, tələbə yoldaşı və keçmiş uşaqlıq dostu Reyçel Kuşnerə (Oliviya Kuk) leykoz diaqnozu qoyulduğunu öyrənir və öz valideynləri (Nik Offerman və Konni Britton) tərəfindən onunla dostluq etməyə məcbur edilir.