I'm Not a Robot (Korean: 로봇이 아니야; RR: Robosi Aniya) Yu Sunho, Çe Su-bin və Om Ki-cun-un rol aldığı Cənubi Koreya serialıdır. Kim Sunmi tərəfindən yazılıb, rejissoru Cun Deyun(Jung Dae-yoon)dur. MBC üçün serialın istehsalçısı May Queen Pictures -dir. MBC -də 6 dekabr 2017-ci ildən 25 yanvar 2018-ci ilədək çərşənbə və cümə axşamı günləri 21: 55 -də (KST) 32 bölüm üçün yayımlandı.(hər bölüm 35 dəqiqə)[1]
I Am Not a Robot | |
---|---|
로봇이 아니야 | |
Janr | Romantik komediya |
İlk baxış tarixləri | 6 dekabr 2017 |
Rejissor | Jung Dae-yun |
Ssenarist |
Kim Sun-mi
Lee Seok-joon |
Rollarda |
Yoo Seung-ho
Chae Soo-bin Um Ki-joon |
Yaş reytinqi | 13+ |
İstehsalçı ölkə | Cənubi Koreya |
İl | 2017 |
Dil | Koreya dili |
İlk çıxış tarixi | 6 dekabr 2017 - 25 yanvar 2018 |
Növü | K-Drama |
Rəng | Rəngli |
Mövsüm sayı | 1 |
Seriya sayı | 16 |
Davametmə müddəti | 48-62 dəqiqə |
IMDb | ID7521778 |
imbc.com/broad/tv/drama/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Serial 22.09.2019–10.11.2019 tarixləri arasında hər həftəsonu — 17.00-da olmaqla (Azərb.saatı) Azərbaycan kanalı Dalğa TV-də yayımlanmışdır.
Kim Minqyu (Kim Min-kyu) (Yu Sunho), digər insanlarla fiziki təmasa şiddətli alerjisi səbəbiylə lüks, lakin təcrid olunmuş bir həyat yaşayır. Hər hansı bir dəri ilə təmasda olduqda bədəninə sürətlə yayılan həddindən artıq həyati təhlükəli döküntülər əmələ gəlir. Ço Cia (Cho Ji-a) (Çe Su-bin) ixtiralarına əsaslanaraq biznes qurmağa çalışır. (xüsusən də iki şəbəkəli ürək şəkilli lampa).
Minqyu, KM Financial-ın sədri və ən böyük səhmdarıdır. Səhmlərini 15 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən valideynlərindən miras aldı. Atasının dostu və həmkarı Hvan Dovon(Hwang Do-won)-un ((Son Byong-ho)Son Bayonho) , oğlu Hvan Yoçul (Hwang Yeo-chul) ((Kang Ki-young)Kan Kiyon), Minqyu ilə eyni yaşdadır və KM Financial-ın baş direktorudur .
KM Financial, Santa Maria komandasına sahibdir. Komandaya professor Hon Bakyun (Hong Baek-gyun) (Om Ki-cun) rəhbərlik edir. Professor Hon-un komandası gizli şəkildə görünüşü Jia-ya bənzəyən modelləşdirdiyi AG3 adlı (tələffüz edilən Aji 3) inkişaf etmiş bir insanabənzər robotu gizli şəkildə yaratdı.
Hvan Yoçul (Hwang Yeo-chul) və atası Hvan Dovon(Hwang Do-won), Santa Maria komandasına aid Aji 3 robotu haqqında öyrənmiş və onu silah kimi istifadə etmək istəyən xarici investor Martinə məxsus olan Bold Group şirkətinə satmağa çalışırlar. Kim Min-kyu Santa Maria komandasını satmamağa razı salmaq üçün Baek-gyun robotu ona nümayiş olaraq göndərir. Aji 3-ün çatdırılmasından az əvvəl, robotun qısa dövrələri məhv olur və Baek-gyun, Ji-a-dan robot olaraq davranması üçün xahiş edir, bu da komandaya Aji 3-ü təmir etmək üçün vaxt verir. Jia razılaşır və robotu Santa Maria komandasının nəzarəti altında təqlid edir.
Tədricən Min-kyu, Aji 3 olduğuna inanaraq Ji-a-ya aşiq olur. Onun üçün robot olduğu üçün bundan narahat olur və robotun yaddaşını silərək "yenidən başlatır". Baek-gyun daha sonra Ji-a-nı əsl Aji 3 ilə əvəz edir. Min-kyuya da aşiq olan Ji-A, onu unutmaq üçün şəhəri tərk edir.
KM Financial
Min-kyu ilə əlaqəli insanlar
Ji-a ilə əlaqəli insanlar