Dalğa TV

Dalğa TVDalga Media Mərkəzi

Dalğa Media
Dalğa Televiziyası
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi İnternet televiziyası
Dil Azərbaycan dili
Yaranma tarixi 20 noyabr 2017 (test yayımı)
4 dekabr 2017 (17:00) (əsas yayımı) İnternet televiziyası
Bağlanma tarixi 24 may 2021
Şüar "Dalğa"-ya qoşul!
Qardaş kanallar DALGA FM
Sayt dalga.az/ baglanmışdır

Haqqında[redaktə | mənbəni redaktə et]

14 noyabr 2017-ci ildə Milli Televiziya və Radio Şurasının iclasında "Dalğa TV"-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. İclasda Dalğa TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.[1] 20 noyabr 2017-ci ildə Dalğa TV "Azerspace-1" peyki ilə test yayımına başladı. Həmin test yayımı müddətində yalnız filmlər göstərilirdi.

4 dekabr 2017-ci il saat 17:00-da əsas yayıma başladı. "Dalğa TV"-də dünyanın tanınmış kinostudiyalarının istehsal etdiyi bədii filmlər, eləcə də yerli seriallar yalnız Azərbaycan dilində yayımlanırdı.

"Dalğa TV" dünyanın digər kinoşirkətləri ilə əməkdaşlıq edirdi. Həmin şirkətlərin məhsulları olan film və seriallar Azərbaycan dilində dublyaj olunmaqla yayımlanırdı.

Telekanalın yayımı "Azerspace-1" peyki, eləcə də Azərbaycanın bütün kabel televiziyaları və Dalğa TV-nin rəsmi saytı olan "dalga.az" üzərindən həyata keçirilirdi.[2]

1 avqust 2020-ci ildən etibarən "Dalğa TV"nin yayım keyfiyyətinin artırılması məqsədilə MPEG-4 formatına keçib.

11 dekabr 2020-ci il saat 15:49 radələrində loqosunu sağ yuxarı küncdən sol yuxarı küncə keçirmişdir.

15 aprel 2021-ci ildə "Dalğa TV"nin yayımı texniki nasazlıqlar səbəbindən dayandırılmışdır.[3]

Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Dalğa TV"nin peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq həyata keçirilmədiyini nəzərə alaraq telekanalın lisenziyasına xitam verilmişdir.

Yayımladığı seriallar[redaktə | mənbəni redaktə et]

Adı Orijinal adı Mövsüm sayı Bölüm sayı Yaş səviyyəsi Yayım müddəti Yayım vaxtı
İmtahan Azərbaycan Azərbaycan  : İmtahan 3 607 Ümumi 11.12.2017 - 06.07.2020 Həftə içi 5 gün - 12.30
Ata ocağı Azərbaycan Azərbaycan  : Ata ocağı 3 594 Ümumi 05.12.2017 - 03.07.2020 Həftə içi 5 gün - 13.30
Bu da bu Azərbaycan Azərbaycan  : Bu da bu 1 10 Ümumi 23.05.2020 - 27.06.2020 Şənbə günü - 08.00
Xalxın evi Azərbaycan Azərbaycan  : Xalxın evi 3 115 Ümumi 10.12.2017 - 07.06.2020 Bazar günü - 08.00
İşdə məhəbbət macərası Azərbaycan Azərbaycan  : İşdə məhəbbət macərası 1 10 Ümumi 07.03.2020 - 09.05.2020 Şənbə günü - 08.00
Ay yay yay Azərbaycan Azərbaycan  : Ay yay yay 2 76 Ümumi 28.01.2019 - 29.02.2020 Şənbə günü - 17.00
Sevgi hərarəti Cənubi Koreya Cənubi Koreya : Temperature of Love 1 22 Ümumi 16.11.2019 - 26.01.2020 Həftə sonu - 17.00
Mən robot deyiləm Cənubi Koreya Cənubi Koreya : I'm not robot 1 16 Ümumi 22.09.2019 - 10.11.2019 Həftə sonu - 17.00
Taxt-tac oyunları ABŞ ABŞ : Game of Thrones 6 60 18+ 06.01.2018 - 29.06.2019 Şənbə günü - 21.00
Vikinqlər Kanada Kanada : Vikings 5 61 12+ 06.01.2018 - 29.06.2019 Həftə içi 5 gün - 22.00
Gəzən ölülər ABŞ ABŞ : The Walking Dead 4 43 18+ Bazar günü - 23:00
Niyə? Azərbaycan Azərbaycan  : Niyə? 1 30 Ümumi 08.12.2018 - 29.06.2019 Şənbə günü - 12.00
Kiçik gəlin Hindistan Hindistan : Balika Vadhu 2 339 Ümumi 04.12.2017 - 12.06.2019 Həftə içi 5 gün - 17.30
Bənzərsiz gözəl Braziliya Braziliya : Totalmenta Demais 1 130 12+ 10.09.2018 - 15.03.2019 Həftə içi 5 gün - 20.00
Əbədi sevgi Hindistan Hindistan : Beintehaa 2 235 Ümumi 04.12.2017 - 11.01.2019 Həftə içi 5 gün - 17.00
Romantik həkim Cənubi Koreya Cənubi Koreya : Dr. Romantic 1 21 12+ 26.11.2018 - 24.12.2018 Həftə içi 5 gün - 21.00
Ailəcanlı Azərbaycan Azərbaycan  : Ailəcanlı 2 41 Ümumi 09.12.2017 - 01.12.2018 Şənbə günü - 12.00
Müttəhim Cənubi Koreya Cənubi Koreya : Innocent Defendant 1 18 12+ 29.10.2018 - 21.11.2018 Həftə içi 5 gün - 21.00
Şopinq kralı Lui Cənubi Koreya Cənubi Koreya : Shopping King Louie 1 16 12+ 01.10.2018 - 22.10.2018 Həftə içi 5 gün - 21.00
İllər sonra Braziliya Braziliya : A Traves Del Tiempo 2 100 12+ 02.03.2018 - 28.09.2018 Həftə içi 5 gün - 21.00
Sevgi qanunu Braziliya Braziliya : Sombras del Ayer 1 145 12+ 04.12.2017 - 29.06.2018 Həftə içi 5 gün - 18.00
Bəyaz kölə Kolumbiya Kolumbiya : La Esclava Blanca 1 62 7+ 04.12.2017 - 01.03.2018 Həftə içi 5 gün - 21.00
Cehizsiz gəlinlər Azərbaycan Azərbaycan  : Cehizsiz gəlinlər 1 141 7+ 05.12.2017 - Bilinmir Həftə içi 5 gün - 15.00

Həftəlik proqram[redaktə | mənbəni redaktə et]

Həftə içi 5 gün Adı Yaş səviyyəsi
07.05 Bədii film Dəyişkən
08.45 / 10.15 / 18.45 / 21.00 / 23.00 / 01.00 / 03.00 / 05.00 Animasiya filmi Ümumi
12.00 Günə bir şou Ümumi
14.15 Serial: Bu da bu Ümumi
15.00 Hind filmi 12+
Şənbə və Bazar Adı Yaş səviyyəsi
07.05 Bədii film Dəyişkən
09.00 / 13.40 / 15.20 / 21.00 / 00.00 / 02.15 / 04.00 / 05.30 Animasiya filmi Ümumi
11.00 / 17.00 Hind filmi 12+
23.00 Serial: İllər sonra 12+

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://github.com/elnurxf, Elnur Akhundov. ""Dalğa" TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verilib". www.xezerxeber.az. 14 noy 2017. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
  2. https://github.com/elnurxf, Elnur Akhundov. "Azərbaycanın ilk və yeganə film və serial kanalı - "Dalğa TV" - VİDEO". www.xezerxeber.az. 14 fev 2018. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
  3. "Azərbaycanda bu telekanalın yayımı dayandırıldı". news.milli.az. 15 apr 2021. 16 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2021.