Mənbə-filtr modeli

Mənbə-filtr modeli (ing. Source-filter model, rus. Модель «источник фильтр») — İsveç alimi Qunnar Fant tərəfindən 1960-cı ildə "Nitqin yaranmasının akustik nəzəriyyəsi" əsərində təklif olunan model. Mənbə-filtr modelində Helmhols rezonatoru filtrlə əvəz olunur, yəni səs mənbəyi – səs telləridir, səs traktı yalnız mənbəni modifikasiya (filtrasiya) edir; səs tellərinin və səs traktının akustik xassələri baxımından bir-birindən asılı deyil, onları ayrılıqda öyrənmək olar. Əgər səs mənbəyi və səs traktı bir-birindən asılı deyilsə, onda səs siqnalından mənbəni müəyyən etmək olar (tərs filtrasiya). Bu nitqin sintezi, səsə görə şəxsin identifikasiyası, vokal patalogiyaların öyrənilməsi üçün zəruridir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.