Mənbic

Mənbic (ərəb. منبج‎, kürd. Minbic) Suriyanın şimalında, Hələb mühafəzəsində şəhər.

Mənbic
36°32′ şm. e. 37°57′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 465 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 78.255 nəf. (2012)
Xəritəni göstər/gizlə
Mənbic xəritədə
Mənbic
Mənbic
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbic mühafəzənin şimal-şərqində, Fərat çayından 30 kilometr qərbdə, dəniz səviyyəsindən 483 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Mənbicdən 74 kilometrlik məsafədə yerləşir.[1] 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 30.812 insan yaşayırdı.[2] 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 78.255 nəfər idi.

Şəhərin adı ilk dəfə Bambika kimi qədim yunan mənbələrində çəkilir. Böyük Plini bu şəhəri Atarqatis (Astarta) ilahəsinin sitayiş mərkəzi kimi qeyd edir. Orta əsrlərdə şəhər bizanslılar, ərəblər, əhli-səlib və türklər arasında əldən ələ keçirdi.

Suriyada vətəndaş müharibəsi zamanı Mənbic bir neçə dəfə hücuma məruz qalmışdır. 2012-ci ildə şəhər Suriya müxalifətinin əlində düşmüşdür. 2014-cü ildə şəhəri İŞİD işğal etmişdir. 2016-ci ildə Suriya demokratik qüvvələri ilə kürd hərbi dəstələri şəhəri əhatəyə alıb İŞİD-dən azad etmişdir.

  1. Mənbic: Fallingrain Arxivləşdirilib 2012-10-24 at the Wayback Machine (ing.)
  2. World Gazetteer (ing.)