Məni cəhənnəmə sürüklə (ing. Drag Me to Hell) — Amerika istehsalı olan qorxu/triller filmidir. Sem Reiminin rejissorluq etdiyi bu film 2009-cu ildə nümayiş olunub.
Məni cəhənnəmə sürüklə | |
---|---|
ing. Drag Me to Hell | |
| |
Janr |
Qorxu Triller |
Əsas mövzu | fövqəltəbiilik, bəddua[3] |
Rejissor | Sem Reymi |
Prodüser |
Qrant Kartis Robert Tapert |
Ssenari müəllifi |
Sem Reymi İvan Reimi |
Baş rolda |
Elison Lohman Castin Lonq Loma Raver Dilep Rao Devid Paymer Adriana Barraza |
Operator |
|
Bəstəkar | Kristofer Yanq |
İstehsalçı | Ghost House Pictures |
Distribütor | Universal Pictures |
İlk baxış tarixi | 2009, 11 iyun 2009[4], 13 avqust 2009[5] |
Filmin növü | Qorxu filmi |
Müddət | 99 dəqiqə |
Büdcə | $30,000,000 |
Gəlir |
$90,842,646 $13,900,000 (DVD satışından)[1][2] |
Ölkələr | ABŞ |
Dil |
İngiliscə İspanca |
İl | 29 may 2009 |
Rəng | rəngli |
IMDb | ID1127180 |
Los-Ancelesdə yaşayan və bir bankda işləyən Kristin Braun öz həyatından çox məmnundur. Klayton Dalton adlı professor ən yaxın dostu olan Kristin öz həyatını yaşamaqdadır. Lakin bu sakitçilik elə də uzun çəkmir. Belə ki, bir gün Silvia Qanuş adlı yaşlı qadın müştəri banka gələrək Kristindən müəyyən şərtlər altında kredit istəyir. Kristin bu məsələnin ona aid olmadığını lakin müdir ilə danışa biləcəyini deyir. Müdür isə ona onu göndərməsini deyərək razılıq vermir. Buna bərk əsəbiləşən Silvia bunun Kristinin ucbatından olduğunu fikirləşərək ona dəhşətli cadu edir. Kristinin pencəyinin qol düyməsini lənətləyərək ona verir. Ya Kristin bu cadudan xilas olacaq, ya da cəhənnəmə gedəcək.
Kristin çıxış yolu kimi cadugər Riamın yanına gedərək ondan kömək istəyir. Riam cadunun çox güclü olduğunu deyir və onu güclü cadugər Şaunun yanına aparır. Müəyyən ayinlər edərək lənəti pozmağa çalışırlar və bunu bacardıqlarını fikirləşirlər.
Lakin sonradan bunun belə olmadığı aydın olur. Riam Kristinə Silvianın qəbrinə gedərək (Silvia Qanuş artıq ölüdür) qəbri açıb həmin düyməni ora qoymasını məsləhət görür. Kristin qəbirstanlığa gedir, qəbri açır və çətinliklə də olsa zərfi qəbirə qoyaraq yorğun halda evə qayıdır.
Hər şeyin qurtardığını fikirləşən Kristin əşyalarını toplayaraq başqa şəhərə gedir. Dəmir yolu vağzalında sevgilisi onu gözləyir. Artıq ayrılan vaxt birdən ən yaxın dostu cibindəki zərfi çıxararaq onu maşındakı digər zərflərlə qarışdırdığını deyir və zərfi Kristinə uzadır. Bu həmin düymənin olduğu zərfdir. Kristin ən yaxın dostunun maşınındaykən onu əlindən salmış və digər zərflərlə qarışdırmışdı. Daha sonra isə tapdığını fikirləşmişdi. Qəbrə qoyduğu zərf isə boş zərfdir. Bunları xatırlayan Kristin qorxu ilə ağlayaraq geri çəkilməyə başlayır və bu vaxt yıxılaraq dəmir relslərinin üstünə düşür. Ən yaxın dostu Klayton dərhal əyilərək ona kömək etməyə çalışır. Lakin bu vaxt qatar gəlir. Ondan əvvəl dəmir relslər aralanaraq arasında Silvianın əlləri görünür. O Kristini alovlu cəhənnəmə aparır. Klayton isə dəhşətlər içərisində həmin relslərə və daha sonra isə əlində tutduğu düyməyə baxır.
ü
Film ABŞ-də kinoteatrlarda 29 may 2009-cu ildə təqdim olunub.[6] İlk həftə ərzində $15,825,480 dollar toplayan film ikinci həftədə $7,040,550 dollar topladı.[7] Təkcə ABŞ və Kanadada $42,100,625 dollar toplayan film ümumilikdə dünya üzrə $90,842,646 dollar qazana bilib.
Filmin ev üçün buraxılış diski Birləşmiş Ştatlarda 13 oktyabr 2009-cu ildə satışa çıxarıldı.[8] DVD-də eyni zamanda filmdən silinmiş səhnələr də yer alıb. İlk iki həftədə 459,217 nüsxə ilə satılan film $7.98 milyon gəlir qazanıb. Ümumilikdə isə filmin DVD buraxılışı $104,822,032 gəlir qazandırıb.[9]