Mənim Addımım İttifaqı


Mənim Addımım İttifaqı (erm: Իմ քայլը դաշինք - /im kaylı daşink/)Ermənistan Respublikasında Vətəndaş İttifaqı (Nikol Paşinyan), Misiya Partiyası (Manuk Sukiasyan) və vətəndaş cəmiyyətinin müstəqil siyasətçilərindən ibarət siyasi ittifaq.İttifaq 2018 İrəvan Şəhər Şurası Seçkilərindən öncə avqust ayında qurulmşdur. İttifaqın lideri baş nazi Nikol Paşinyandır.

Mənim Addımım İttifaqı
Loqonun şəkli
Sədri Nikol Paşinyan
Qurucu
Lideri Nikol Paşinyan
Quruluş tarixi 1 Avqust 2018
Baş qərargah İrəvan
İdeologiya Böyük Çadır
Liberal demokratiya
Neoliberalizm
Reformizm
Meritokratiya
İdeoloji spektr mərkəzçilik
Müttəfiqlər Vətəndaş Alyansı və Missiya Partiyası
Rəngləri     
Parlamentdə
84 / 132
Saytı civilcontract.am

2018-ci ilin başlanğıcında, 31 Mart tarixində Nikol Paşinyan liderliyində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə üsyan başladı.Üsyan Mənim Addımım adlandı.Üsyanın səbəbi dəyişdirilən idarəetmə sistemində Serj Sarkisyanı seçildiyi baş nazir postundan devirmək idi.

23 sentyabr 2018-ci ildə İttifaq İrəvan Şəhər Şurası seçkilərinin Hayk Marutyanın mayor seçilməsi və 65 yerdən 57-ni qazanmaqla qalibi oldu.İttifaq ümumi səslərin 81.06%-ni,yəni 294,109 səsi qazana bildi.

İttifaq 2018 Ermənistan Parlamenti seçkilərinə də qatıldı və 132 yerdən 88-ni qazanaraq Ermənistan Respublikasının Milli Məclisinin iqtidar partiyası oldu.İttifaq ümumi səslərin 70%-ni,yəni 884,456 səsi qazana bildi.

İttifaqın prinsipi "Böyük Çadır"dır, yəni hərhansı bir siyasi mövqeni dəstəkləmir. İttifaq anti-korrupsiya üzrə fokuslanıb.Nikol Paşinyan isə mərkəzçi demokrat siyasətçi olaraq özünü ifadə edir.

Paşinyanın anti-Rusiya siyasətini dəstəkləməyinə baxmayaraq seçki qələbəsindən sonra İttifaq Rusiya ilə siyasi və diplomatik əlaqələri gücləndirməyə kökləndi.Həmçinin Paşinyanın Avropa birliyiABŞ ilə də əlaqələri var.