Mənsur Qulam oğlu Şirvani (5 mart 1919, Bakı – 15 iyun 1980, Bakı) — azərbaycanlı sirk ustası, manipulyator, illüzionist, heyvan təlimçisi. Azərbaycan SSR əməkdar artisti (1967).
Mənsur Şirvani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan Xalq Cümhuriyyəti |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Mükafatları |
|
Peşəkar Sirk kollektivi Azərbaycanda 1945-ci ildə yaradılmışdir. İlk Sirk proqramlarında X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Q.Abdullayev, Sali Suleyman, S.Xanlarova və b. çıxış etmişlər.[1]
1948-ci ildən estradada çıxış edib. 1950-ci ildə sirkdə işləməyə gəlib, 1952-ci ildən isə uzun müddət Azərbaycan sirk kollektivində işləyib. Mənsur Şirvani bir sıra orijinal fəndlərin müəllifi və ifaçısıdır (boş masanın üstündə çəpişin peyda olması, açılmış ipək örpəyindən beş canlı tutuquşunun çıxarılması və bir çox başqa şeylər).
Şirvani tək işləmirdi onun daimi partnyorları var idi. Bunlar arvadı Leyla Şirvani (1919 d) və qızı Cəmilə Şirvani idi (13.07.1941 d), Azərbaycan SSR əməkdar artisti (1988).
1965-ci ilin yayında Vladimir Durov ağır xəstələnir Mənsur Şirvani manipulyator kimi ilkin təcrübə keçərək V.Q. Durovun attraksionunu qəbul edir.
1967-ci ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülmüşdür.
O, qastrollarda (Monqolustan, Macarıstan, Çexoslovakiya) iştirak edirdi. 1969-cu ildə "İki təbəssüm" kinoalmanaxında macar hoqqabazı rolunda çəkilib.
Qızı Cəmilə 1979-cu ildə atası tərəfindən təlim olunmuş heyvanlar qrupunu qəbul etmişdir. Sonradan "Ekzotik heyvanlarla" (fil, kenquru, lama, qızılqaz, meymunlar və sair) öz nömrələrini yaratmışdır.
Mənsur Şirvani 15 iyun 1980-ci ildə vəfat etmiş və Moskvada, Mitinsk qəbirstanlığında dəfn edilmişdir.[2]
"Sovet sirki" (Советский цирк) jurnalı, 1961, № 12, səh. 14 – 15
"Azərbaycan artisti Şirvani öz nömrələrini daha da təkmilləşdirir. Onda bir sıra özünəməxsus fokuslar çıxıb. Biri xüsusilə cazibədardır: boş masanın üstünü örtürdü, bir saniyə içində örtük çıxardılır və masada çəpiş peyda olurdu. Belə bir fənd, deyəsən, daha heç bir hoqqabazda yoxdur. Və o Azərbaycan koloritinə Şirvani nömrələri də yaxınlaşır. Fikrimcə, gələcəkdə artist özünəməxsus olan bu milli yönümlü oyunlara xüsusi diqqət yetirməlidir."
A.A.Vadimov və M.A.Trivasın "Qədimliyin sehrbazlarından günümüzün illüzionistlərinə qədər" kitabından, 1966, səh. 263
"Azərbaycan illüzionisti Mənsur Qulam oğlu Şirvani (1919) 1958-ci ildən sirkin manejində çıxış edir. Yaxşı manipulyator olan o, Azərbaycan xalq yaradıcılığının elementlərini öz proqramlarında quraraq böyük bədii taktla işləyir. Şirvani milli kostyumda çıxış edir. Onun nömrəsi canlı çəpişin kiçik masada gözlənilmədən peyda olması ilə başlanır. İllüzionistin əllərində butulkalar, tayqulplar, örpəklər, kartlar görünür və dərhal yoxa çıxırlar. O mayelərlə hoqqalar çıxarır. Şirvaninin fokuslararında milli xalq koloritlərindən istifadə etməsi onun çıxışlarına özünəməxsus bir rəng qatır."