Məqtə — klassik poeziyada qəzəlin və qəsidənin son beyti.
Məqtənin səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir:[1]
Ey Nəsimi, sirri-həqqin məhrəmi sənsən bu gün, Söylədin qüdrət diliylən məniyi-əsrari məst.