Mətlə

Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti.

Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır.[1] Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi:

Talibi-yarəm əzəldən, yara müştaqam yenə,
Cənnətin kuyində ol dildara müştaqam yenə.


  1. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.441-442
  • Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.