Mərcani məscidi

Mərcani məscidiRusiyanın daxilində muxtar dövlət olan Tatarıstanın paytaxtı Kazanda yerləşən məscid. həmçinin əl-Mərcani, Marcani və Mərdcan deyə tələffüz edilir. Məscid 1766-1770-ci ildə Rusiya imperiyası imperatriçası Katerinanın və yerli şəhər əhalisinin ianələri hesanbına tikilmişdir. Məscid hal-hazırda Mərcani adlandırılır. Məscidə Mərcani adı burada 1850-ci ildən imam kimi işləyən Şəhabətdin Mərcaninin adından götürmüşdür.[1]

Mərcani məscidi
Мәрҗани мәчете
Xəritə
55°46′47″ şm. e. 49°07′03″ ş. u.HGYO
Ölkə
Şəhər Kazan
Yerləşir Kazan
Tikilmə tarixi 1766
Rəsmi sayt mechet-marjani.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəllər kafedral məscid idi. 1766-1770-ci illərdə rus çariçası II Yekaterina tərəfindən şəhərin müsəlman əhalisinə ərmağan edilmişdir. Rusiya imperiyasının müsəlman əhaliyə qarşı etdiyi zülümlərdən sonra tikilməsinə icazə verilən ilk məsciddir. Kazandakı ən qədim məscid olan Mərcani məscidi Sovet hakimiyyəti dövündən də salamat çıxmağı bacarmışdır. Ənənəvi tatar orta əsrlər memeari üslubu ilə barokka stilində inşa edilmişdir. Memarının Vasili Kaftırev olduğuna inanılır. Qaban gölü sahilində Kazanın qədim taatr məhəlləsində yerləşir. Məscid iki mərtəbəli və iki salonludur. Məscidin daxili Peterburq barokkosu üslübunda tikilmişdir. 1861-ci ildə İ.G.Yunusov əlavə binanı və pilləkənləri inşa etmişdir. 1863-cü ildə isə mehrab uzatmasını və yeni məscidin əlavəsii tikdi. Bu dövrdən sonra məscid Yusunovun məscidi adlandırılmışdır. 1885-ci ildə tacir Z.Osmanov minarənin yenilənməsini həyata keçirmişdir. 1887-ci ildə isə tacirlərdən V.İzzətullin və M. Valişin minarəyə malkon terrasını əlavə edilər. 1850-ci ildən etibarən imam olaraq işləyən tatar elm adamı Şəhabətdin Mərcanidən sonra məscidin indiki adı onun adıyla anılır.[2]

Məsciddə minarə və kiçik memarlıq elementləri, ağ rəngli divarlar, yaşıl çatılar, yaxşı gecə memarlıq işıqlandırmaları ilə zərif ipuçları var. Mərtəbə - xidmət. İkinci mərtəbədəki namaz otaqlarında tağlar və divarlar mavi, yaşıl, qızıl rəngli və çiçək mövzularının zərli naxışları olan ləkəli qəliblərlə bəzədilib.

Qazan xanlığı dövrünün Məhəmməd-Qəli bəyin məzar daşı da məsciddə saxlanılır.

  1. Шарипов М. П. Познавательный путеводитель по Казани. Kazan. 2008. səh. 84. ISBN 978-5-9900864-2-5.
  2. "Надмогильный камень времени Казанского ханства в мечети Марджани (Казань)". 2020-06-13 tarixində orijinalından arxivləşdirilib.