Muradxanov Mərdan Əsədulla bəy oğlu (1909, Salyan rayonu – 1979) — azərbaycanlı pedaqoq-alim, professor, Azərbaycan SSR Əməkdar elm xadimi.
Mərdan Muradxanov | |
---|---|
Mərdan Əsədulla bəy oğlu Muradxanov | |
Doğum tarixi | 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 1979 |
Milliyyəti | azərbaycanlı |
Atası | Əsədulla bəy Muradxanov |
İş yeri |
Mərdan Muradxanov 1909-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə A. İ. Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir.[1] Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini (1946–1952), APİ-də Pedaqogika (1952–1958) və İbtidai təhsil nəzəriyyəsi və metodikası (1960–1979) kafedralarının müdiri işləmişdir. 1961-ci ildə professor adını almışdır. Azərbaycanda çap olunan "Pedaqogika" (1958–1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir.
Mərdan ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir.