Mərkəzi Amerika timsahı (lat. Crocodylus moreletii) — əsl timsahlar sinfinin dümayəndəsi. Növ epiteti, bu növü 1850-ci ildə kəşf edən fransız təbiətşünası Moreletin şərəfinə verilmişdir.
Mərkəzi Amerika timsahı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Mərkəzi Amerika timsahı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bu nisbətən kiçik bir timsah növüdür, lakin ən böyük nümunələr 4,5 metr uzunluğa və 400–450 kiloqrama qədər şata bilər. Mərkəzi Amerika timsahlarının ölçüsü orta hesabla dişilərdə 1,5 metrdən tam yetkin erkəklər də 2,7 metrə qədər dəyişir. Rəngi ümumiyyətlə qəhvəyi olur. Üzərində qara zolaqlara rast gəlinir. Gənclərdə qara ləkələrin yerinə sarıdır. Sifəti kifayət qədər enlidir. Başının arxasında xarakterik qabarıqlıqlar var. Boyun sümük lövhələri ilə qorunur. Dişlərinin sayı 66–68-dir.
Mərkəzi Amerika timsahları bataqlıqlara, böyük çaylara və göllərə üstünlük verərək Mərkəzi Amerikanın şirin su hövzələrində yaşayırlar. Sahil boyunca duzlu sularda və Yukatan yarımadasının savannalarında da rast gəlinir. Yağışlı mövsümdə, daşqınlar sayəsində başqa yerlərə köçürlər[3][4].
Mərkəzi Amerika timsahı qida zəncirinin başında duran sürətli və çevik bir ovçudur. Əsasən balıq, tısbağa, sürünən, müxtəlif məməlilər və ilbizlərlə qidalanır. Maral və donuz kimi nisbətən iri heyvanlar yetkinlərin qidalanmasında mühüm rol oynaya bilir. Ev heyvanlarına, keçi və itlərə də hücum edə bilərlər. Bir qeydə alınmış halda 2.9 metrlik timsah təxminən 35 kq ağırlığındakı çoban itini öldürmüşdür[5]. Duzlu sularda yaşayan fərdlər zaman-zaman çaylara üzən öküz köpək balıqlarına hücum edirlər[6]. Həm də leşlə qidalana bilirlər. Yetkinlik yaşına çatmayanların əsas qidasını kiçik balıq və su onurğasızları təşkil edir.
Mərkəzi Amerika timsahları kiçik ölçülərinə və yaşayış yerlərinin insan məskənindən uzaq olmasına görə insanlar üçün təhlükəli hesab edilmir. Bununla belə böyüklüyünə görə olduqca aqressiv bir növdür. Bəzi hallarda daha böyük olan amerika timsahlarını ərazisindən kənarlaşdırırlar[7].
Dişilər yağış mövsümü başlamazdan əvvəl 20–45 yumurta qoyur. Yumurtlamaq üçün sahildə və ya üzən bitki örtüyündə eni 3 metrə qədər olan yuva qururlar. İki dişinin qurduğu yuvalara belə rast gəlinir. Dişi yuvanı 80 günlük bir inkubasiya müddəti ərzində qoruyur. Sonra yumurtadan çıxan balaların çağırışı ilə yuvasını açır. Əvvəlcə valideynlər balalara qulluq edir və onları yırtıcılardan qoruyur. Digər timsahlar kimi onların balaları üçün tayralar və yaguarlar təhlükə yarada bilir.[8]
Mərkəzi Amerikada yayılmışdır — Beliz, Qvatemala, Meksika. Bataqlıqlarda, kiçik gölməçələrdə və göllərdə yaşamağa üstünlük verirlər. Nadir hallarda duzlu suda yaşayırlar.
XX əsrin ortalarında dərisinə görə Mərkəzi Amerika timsahı sıx bir şəkildə ovlanmış və bu da onun sayının kəskin azalmasına səbəb olmuşdur. Növ indi qorunur, lakin Meksikadakı populyasiya nisbətən sabit sayılsa da, bir çox bölgədə meşələrin qırılması səbəbindən say azalır. Hal-hazırda, vəhşi təbiətdəki fərdlərin sayının 10–20 min olduğu təxmin edilir.