Beliz (ing. Belize) — Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir, rəsmi dili ingiliscədir.
Beliz | |||||
---|---|---|---|---|---|
Belize | |||||
| |||||
Under the shade I flourish | |||||
Himn: Land of the Free (ing. Azadlıq Torpağı) |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Belmopan | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Kral | III Çarlz | ||||
General-Qubernator | Froyla Tzalam | ||||
Baş Nazir | Conni Briseno | ||||
Sahəsi | Dünyada 150-ci | ||||
• Ümumi | 22966 km² | ||||
• Su sahəsi (%) | 0,7 | ||||
Əhalisi | |||||
• Əhali | 340 min nəfər (179-cu) | ||||
• Siyahıyaalma (2010) | 312 971 nəf. | ||||
• Sıxlıq | 14 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 3 048 million dollar (182-ci) | ||||
• Adambaşına | 8 900 dollar (127-ci) | ||||
Valyuta | Beliz dolları | ||||
İnternet domeni | .bz | ||||
ISO kodu | BZ | ||||
BOK kodu | BIZ | ||||
Telefon kodu | +501 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanmışdır. Beliz bayrağında insan rəsmi olan dünyanın yeganə ölkəsidir.
Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir. Bəzi yerlərdə bataqlıqlar, çoxlu göllərdən və laqunlarından, cənubda isə hündürlüyü 1122 m-ə çatan Mayya dağlarından ibarətdir. Kiçik bir ölkə olan Beliz fiziki quruluşca iki hissəyə ayrılır: Şimalda ovalıq bölgə və cənubda dağlıq və meşələrlə bağlı bir bölgə vardır. Şərqini əhatə edən Karib dənizinin sahil seqmentləri mərcan adacıqları ilə çevrilidir. Ölkənin ən böyük çayları - Rio-Ondo və Belizdir. Onlar gəmiçilik üçün (kiçik) aşağı axarlarında yararlıdırlar. Şimaldakı məhsuldar allüvial düzənlikləri, məmləkətin ən böyük və əhəmiyyətli axar suyu olan Beliz çayı və qolları olan kiçik dərəciklər tərəfindən sulanır. Əhəmiyyətli bir gölə sahib olmayan ölkədə hər hansı bir yayla mövcud deyil.
İqlimi tropik passatdır. Orta aylıq temperaturu 25-27 o C-dir. Şimali-şərqi passat çoxlu yağıntılar gətirir. Onların miqdarı şimaldan cənuba artaraq ildə 1300 mm-dən 3500 mm-ə çatır. İlin ən isti ayları fevral və mart aylarıdır.
Təbii qaynaqlar baxımından zəngin deyil. Sahil boyu manqr kolluqları uzanır. Ərazinin 44%-i rütubətli tropik meşələrlə örtülüdür. Xüsusilə cənubdakı dağlıq seqment gur meşələrlə örtülüdür. Meşələrdə qiymətli ağac növləri bitir, bunlardan təsərrüfat əhəmiyyətli makaqoni və şam ağaclarıdır.
Belizin heyvanat aləmi müxtəlifdir. Burada enliburun puma, meymunlar, yaquarlar, zirehlilər, timsah, böyük kərtənkələ - iquanlar və b. heyvanlar yaşayır. Çoxlu quşlar, o cümlədən tutuquşular və balaca kalıbrilər vardır. Ölkənin sahillərində dəniz suları balıq, xərçənglər və tısbağalar ilə zəngindir.
Belizdə XVI əsrin əvvəllərinədək hindu tayfaları yaşayırdı. XVI əsrdə İspaniya Mərkəzi Amerikanı işğal edəndən sonra Belizin şimal hissəsi «Yeni İspaniyanın» (Meksika), cənub hissəsi isə Qvatemala general-kapitanlığının tərkibinə daxil oldu. 1638-ci ildən Beliz çayı sahillərində ingilis məskənləri meydana gəldi. XVII- XVIII əsrlərdə ingilis müstəmləkəçiləri ilə İspaniya işğal orqanları arasında bir sıra münaqişə baş verdi. 1798-ci ildə ispanların ingilis məskənlərini ləğv etmək cəhdləri məğlubiyyətlə qurtardı. 1840-cı ildən ingilislər Belizi Britaniya Hondurası adlandırmağa başladılar. 1862-ci ildən isə Beliz rəsmən İngiltərənin müstəmləkəsi elan edildi və İngiltərənin əlavə aqrar-xammal bazasına çevrildi. XX əsrin əvvəllərindən Belizə ABŞ inhisarları soxuldu. Xüsusən 30-cu illərdən Beliz xalqının müstəmləkə zülmünə qarşı güclənən mübarizəsi Böyük Britaniya 1961-ci ildə Belizə daxili özünüidarə hüququ verməyə məcbur etdi. 1981-ci ildə Beliz müstəqil dövlət elan olunmuşdur.
Beliz zəif inkişaf etmiş aqrar ölkədir. İqtisadi cəhətdən İngiltərə və Amerika kapitalından asılıdır. Təqribən xarici kapital qoyuluşunun 3/4-ü kənd təsərrüfatında təmərküzləşmişdir. 50 min ha torpaq sahəsi becərilir ki, bunun da çoxu xarici şirkətlərindir. İqtisadiyyat əsasən kənd təsərrüfatına əsaslanır və kənd təsərrüfatı məhsullarının emalı, ticarət, turizm inkişaf edir. Əhalinin əksəriyyəti kənd təsərrüfatı, oduncaq tədarükü, meşə məhsulları istehsalı və balıqçılıqla məşğuldur.
Ölkənin kənd təsərrüfatı ixracat bitkilərin yetişdirilməsi ilə ixtisaslaşmışdır; (şəkər qamışı və sitrus bitkiləri, əsasən qreyfrut, portağal, narıngi). Həmçinin kakos palması, ananas, banan və kakao becərilir. Əkin sahəsinin 1/3-i şəkər qamışı altındadır. Tropik əkinçiliyin ixracat məhsulunun əhəmiyyətli hissəsi Amerika kompaniyası «Yuneyted Brends» və ingilis kompaniyaları tərəfindən nəzarət edilir.
Daxili tələbat üçün qarğıdalı, lobya, çəltik və tərəvəz yetişdirilir. Ölkənin cənub-dağlıq hissəsində buynuzlu mal-qara yetişdirilir.
Meşə resursları dövlətin vacib gəlir mənbəyi kimi qalmaqdadır. Sahil sularında balıq, krevet, xərçənglər və tısbağa ovlanır.
Belizin sənayesi zəif inkişaf edir və meşə materialları və kənd təsərrüfatı xammalı emalına əsaslanır. Şəkər istehsalı, sitrus bitkilərdən şirə və konservlər istehsal olunur. Sənaye və tikinti ümumi məhsulun 27%-ni verir. Əsas sənaye mərkəzi Beliz şəhəridir ki, burada bir neçə yeyinti və ağac emalı sənayesi vardır. Şimalda Korasal və Orınc-Uolk şəhərləri yaxınlığında iki şəkər zavodları yerləşir, Sann-Krik şəhərində isə sitrus meyvələri emal edən fabrik yerləşir. Beliz şəhəri yaxınlığında SES işləyir (Beliz çayı üzərində qurulmuşdur). Ölkədə turizm inkişaf edir.
2011-cu ildə ölkədə 52 milyon kvt-saat elektrik enerjisi istehsal edilmişdir.
Dəmir yolları yoxdur. Avtomobil yollarının ümumi uzunluğu 2710 km-dir (500 km-i bərk örtüklüdür). Əsas dəniz portu Beliz-Siti şəhəridir. Aeroportu var.
Ölkə şəkər, şəkər xammalı, dəniz məhsulları, sitrus meyvələri, meyvə konservi, qiymətli ağac və s. ixrac edir. İdxalatı: maşınlar və nəqliyyat avadanlığı, ərzaq, sənaye malları, yanacaq, kimya məhsulları, əczaçılıq (dərmanlar) məhsullarıdır. Pul vahidi – Beliz dollandır.
Ticarəti əsasən - ABŞ, Böyük Britaniya, Kanada, Yamayka, Meksika, Niderland və Vest-Hind dövlətləri ilə həyata keçirilir.