Mərkəzi saat qurşağı və ya Mərkəzi Amerika saat qurşağı (İngilis dilindəki abreviaturası: CT[1]) — ABŞ, Kanada, Meksika və Mərkəzi Amerikanın bəzi hissələrini əhatə edən saat qurşağıdır.[2] Bu saat qurşağı ümumdünya vaxtından (UTC) 6 saat geri qalır.[3] Bu saat qurşağından istifadə edən ölkələrin əksəriyyətində yay vaxtının tətbiqi müşahidə olunur.