Mərmərə Universiteti Tibb fakültəsi

Tibb fakültəsi (türk. Tıp Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 1983-cü ildə Heydərpaşa şəhərciyində qurulmuşdur. 170 nəfərlik akademik heyəti ilə 1000-dən çox tələbəyə ev sahibliyi edir. Avropa universitetləri sisteminə oxşar olaraq komitə sistemini tətbiq edilmişdir və təhsili Beynəlxalq Akkreditasiya Şurası tərəfindən təsdiqlənmiş İstanbulda ilk və yeganə tibb fakültəsidir. Mərmərə Universiteti Tibb Fakültəsi akademik və müvəffəq ixtisaslı tibbi kadr yetişdirmək ideologiyası ilə fəaliyyət göstərir.

Tibb fakültəsi
Yaradılma tarixi 1983
Dekan Hakan Gündüz
Tələbə sayı 1100 (2012)[1]
Yerləşməsi
Ünvan Türkiyə Kadıköy, İstanbul
Digər məlumatlar
Şüar Köklü keçmiş, güclü gələcək[2]
Sayt tip.marmara.edu.tr

30 ildən artıq uzun tarixçəsi və dinamik quruluşu ilə fəaliyyət göstərən tibb fakültəsi, Şərqi Aralıq dənizi universitetləri ilə əməkdaşlıqla yanaşı Erasmus proqramı çərçivəsində "Beynəlxalq Tip Təhsil Proqramı"nı koordinasiya edir. Hər il başda ABŞAvropa universitetləri olmaqla, 10-dan çox Tibb fakültəsi ilə 150-dən artıq tələbə mübadiləsi həyata keçirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İstatistikler - Marmara Üniversitesi". www.marmara.edu.tr (türk). 20 fevral 2019. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.
  2. Yurt, Veda. "Başkanın Mesajı - Bilgi İşlem Daire Başkanlığı - Marmara Üniversitesi". bidb.marmara.edu.tr. 29 avqust 2019. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]