İdarəetmə fakültəsi (türk. İşletme Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. Dünya səviyyəsində öz iddiasını davam etdirən Mərmərə Universiteti İdarəetmə fakültəsi, 137 illik köklü bir tarixə, 2 fərqli kafedrada, türk, ingilis və alman olmaq üzərə 3 dildə, 7 bakalavr proqramı ilə 5000-dən çox tələbəyə təhsil verir.
İdarəetmə fakültəsi | |
---|---|
Yaradılma tarixi | 2012 |
Dekan | Hakan Yıldırım |
Tələbə sayı | 5412 (2012)[1] |
Yerləşməsi | |
Ünvan | Kadıköy, İstanbul |
Digər məlumatlar | |
Şüar | Köklü keçmiş, güclü gələcək[2] |
Sayt | isletme.marmara.edu.tr |
Həm qlobal, həm də türk iş dünyasının üstünlük verdiyi məzunları yetişdirən fakültə, 2018-ci ilin əvvəlindən bəri Mərmərə Universitetinin Göztəpə şəhərciyində 22.000 m2 sahəyə sahib müasir binasında təhsil və təlim fəaliyyətlərini davam etdirir. İstanbulun ən prestijli bölgələrindən biri olan Kadıköy ilçəsinin Göztəpə səmtində yerləşən şəhərciyə həm avtobus həm də metro ilə gəlmək mümkündür. 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Mərmərə Universitetinin məzunları, iş sahiblərinin türkcə idarəetmə ixtisası üzrə 1-ci, ingiliscə idarəetmə ixtisası üzrə isə Boğaziçi Universitetindən sonra 2-ci seçimi olmuşdur.[3]
Mərmərə Universiteti İdarəetmə fakültəsidir sadəcə Türkiyənin deyil, həm də dünyanın ən qədim və köklü idarəetmə məktəblərindən biridir. Dünya miqyasında idarəetmə məktəbləri 1820-ci illərdən sonra qurulmağa başlamış, ABŞ-da ilk idarəetmə fakültəsi 1881-ci ildə Pensilvaniya Universitetinin nəzdində açılmışdır. Mərmərə Universiteti İdarəetmə fakültəsinin tarixi isə 1883-cü ildə fransız təhsil sistemi nümunə götürülərək qurulan və "sahibkarlar" yetişdirməyi hədəfləyən Hamidiyyə Ticarət Məktəb-i Alisiyə qədər uzanır. Fakültə, “köklü” olaraq xarakterizə edilən və müəyyən bir təşkilati mədəniyyət və dəyər sisteminə sahib olan, inkişaf etdikləri və kök saldıqları cəmiyyətləri formalaşdıra bilən və sosial dəyişikliklər nəticəsində müasir qalmağı bacaran təşkilatlar arasındadır.
1883-cü ildə Həmidiyə Ticarət Məktəbi olaraq qurulduqdan sonra sürətlə inkişaf edərək, günümüzdə dünyanın hörmətli akademik qurumları arasında yer almışdır. İkinci Dünya Müharibəsindən sonrakı illər, bütün dünyada olduğu kimi, Türkiyədə də əhəmiyyətli dəyişikliklərin yaşanmış və idarəetmə fakültələrinin sayı sürətlə artmışdır. Bu dəyişikliklərə paralel olaraq 1959-cu ildə Ali İqtisadiyyat və Ticarət Məktəbi, İstanbul İqtisadiyyat və Ticarət Elmləri Akademiyasına çevrilmiş və 1977-ci ildə İqtisadiyyat, İş və Siyasi Elmlər fakültələri bu quruluş daxilində təhsil verməyə başladı. 1983-cü ildə akademiyanın tərkibindəki bu fakültələr və bəzi digər təhsil müəssisələri ilə birləşdirilmiş və Mərmərə Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi qurulmuşdur. Sonrakı illərdə daim böyüyən və dəyişən ölkə şərtlərinə paralel olaraq günün tələbləri izlənərək texnologiya və tədris proqramları ilə təhsil verən fakültəyə tələb artmış və bu inkişaflar nəticəsində idarəetmə proqramları Mərmərə Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsindən ayrılaraq, İdarəetmə fakültəsi yaradılmışdır.[4]
İdarəetmə fakültəsində 7 akademik proqram tədris olunur:[5]