Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mərmər cürə | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Mərmər cürə |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
(III-VU). Həssas, sayı azalmaqda olan növdür.
Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var.
Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır.
Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır. Alxovka, Cil, Kələdəhnə, Qarasu, Şilyan, Sor-Sor və digər göllərin qurudulması nəticəsində yaşayış yerləri kəskin azalıb. Gündüz fəal olur. Azərbaycanda yuvalayan, ötüb keçən və qeyri–müntəzəm qışlayan populyasiyaları var. Həşərat sürfələri, molyusk, bitki toxumları və vegetativ hissələri ilə qidalanır. Aprelin ortalarında cütlərə ayrılırlar. Xırda adalarda və qarğı topaları arasında, su keçidləri çox olan dayaz yerlərdə yuva tikir. 7-12 yumurta verir.
Azərbaycanda əsas qışlaq yerləri Qızılağac Dövlət Təbiət Qoruğu, yuvalama yerləri isə Ağgöl Milli Parkıdır. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 2004-cü ildə 680, 2005-ci ildə 420, 2006-cı ildə 200 fərdi qeyd edilmişdir. Reproduksiya dövründə Ağgöldə 1961-1964-cü illərdə hər il 50-60, 1998-ci ildə 45, 2005-ci ildə 10 cütü qeyd edilib. Digər su hövzələrində həm qışda, həm də reproduksiya dövründə tək-tək hallarda rast gəlinir.
Reproduksiya dövründə yayıldığı hövzələrdə suyun səviyyəsi aşağı düşür və ördəyə zərər verir. Yuva yerlərinə çaqqal, tülkü və s. yırtıcılar asanlıqla daxil olaraq yuvaları dağıdır.
Ovlanması qadağan edilib. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, su-bataqlıq sahələrində yasaqlıqlar sayına müsbət təsir edir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitablarına, Bern, Bonn, Ramsar konvensiyalarınavə AEWA sazişinə daxil edilib.
Yenikənd subasarına və Sarısu gölünə qoruq statusunun verilməsi, növün qorunmasının geniş təbliği vacibdir.