Mərminin sürəti — mərminin kütləsinin mərkəzinin zaman vahidi ərzində keçdiyi məsafə; mərminin (güllənin, minanın) hərəkətlərinin əsas göstəricilərindən biri. M/S-lə, bəzən Maxa sayla ölçülür. Artilleriya mərmisi, gülləsi və minasında ən çox tətbiqi əhəmiyətə, odlu silahın vacib taktiki-texniki göstəricisi olan, başlanğıc sürəti malikdir. Mərminin sürəti, hərəkətdən-sonrakı mərhələnin sonunda maksimal əhəmiyətə malik olur. Sonradan ağırlıq gücünün və havanın müqavimətinin təsirindən mərminin sürəti, trayektoriyanın zirvəsindən kənarda yerləşən, ən aşağı göstərici olan bir nöqtədə azalaraq, düşmə noqtəsinə qədər, sonradan yenə yüksəlir . Böyük məsafəli trayektoriyalarda mərminin düşməsindən bir az öncə mərminin sürətinin ikinci maksimumu başlaya bilər. Əgər trayektoriya nisbətən kiçik məsafəyə malikdirsə (məsələn zenit və döşəmə atəşi zamanı), mərminin sürəti ancaq azalır. Reaktiv və aktiv — reaktiv raketlərin sürəti fəal sahənin sonunda maksimuma çatır, sonra mərminin sürətində dəyişiklik adi mərmilərdəki kimi olur. Müasir mərmilərin başlanğıc sürəti: