Məryəm Mustafovna Sulkeviç — əsasını H. Z. Tağıyev qoyduğu Aleksandra imperator rus-müsəlman qız məktəbində müəllim və Bakı Müsəlman qadınlarının Xeyriyyə Cəmiyyətinin fəal üzvü idi.
Məryəm xanım Sulkeviç | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Vilno |
Vəfat tarixi | |
Vəfat yeri | Kislovodsk |
Milliyyəti | tatar |
Fəaliyyəti | müəllimə |
Məryəm Sulkeviç 1861-ci il dekabrın 15-də Vilno quberniyasında (hal-hazırda ərazisi Belarus ilə Litva arasında bölünmüşdür) tatar əsilli zadəgan ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Vilnodakı Mariin qız gimnaziyasında almışdır. 1899-cu ilə qədər ev müəlliməsi kimi işləmişdir. Bakıda Rusiya imperiyasının ilk dünyavi qız məktəbinin açıldığından xəbər alan Məryəm Sulkeviç həmin məktəbdə müəllimlik etmək xahişi ilə məktəbin Qəyyumluq Şurasına müraciət etmiş və 1901-ci ildən etibarən orada rus dili müəlliməsi kimi fəaliyyət göstərmişdir. 1911-ci ildə 1-ci rus-müsəlman qadın məktəbinə müəllimə vəzifəsinə təyin edilmişdir. Məktəbin müdri Hənifə Məlikovanın tərtib etdiyi hesabatda Məryəm xanımı təcrübəli, çalışqan və işinə ciddi yanaşan müəllim kimi xarakterizə edilmişdir. Lakin 1912-ci ildə ağır ağ ciyər xəstəliyinə tutulmuş Məryəm xanım fəaliyyətini bir neçə dəfə dayandırmalı olmuş və müalicə almağa başlamışdır. Bu xəstəliyə sonradan ateroskleroz və əsəbi qıc olma da əlavə olmuşdur. 1917-ci ilin payızında Kislovodskda müalicə alan Məryəm Sulkeviç dünyasını dəyişmişdir.[1]
Bəzi müasir mənbələrdə onun Süleyman bəy Sulkeviçin həyat yoldaşı olduğundan xəbər verilir, lakin arxivlərdə bu haqda heç bir məlumat aşkar olunmamışdır.