Məryam Əli-zadə

Məryam Əli qızı Əli-zadə (14 aprel 1950, Bakı) — teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar BirliyiTeatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru.

Məryam Əli-zadə
Məryam Əli qızı Əli-zadə
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı

SSRİ SSRİ

Azərbaycan Azərbaycan
Elm sahəsi teatr
Elmi dərəcəsi sənətşünaslıq doktoru
Elmi adı professor
İş yerləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Teatrşünaslıq kafedrasının professoru
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2007 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2023

Məryam Əli-zadə 14 aprel 1950-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır (1967–1972).

Professor Əbdül Əlizadənin bacısıdır.

Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlamışdır (1972–1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik etmiş (1976–1978), daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr tarixi kafedrasında müəllim (1978–1985), baş müəllim (1985-?), dosent və professor vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlamış, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış etmişdir. "Əhməd Ağdamski" və "Həbibbəy Mahmudbəyov" elmi-ədəbi oçerkləri "Unudulmaz səhnə ustaları" kitabında (1981, Yazıçı) dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı dramaturgiya şurasının sədri, M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında bədii şuranın üzvü (1987-ci ildən), Azərbaycan SSR Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvüdür (1988-ci ildən).

"SSRİ və Yunan Teatr Əlaqələri. Ənənə və novatorluq" simpoziumunda (Afina – 1986, oktyabr) Sovet nümayəndə heyətinin tərkibində Yunanıstanda olmuşdur.

2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[1] 23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.[2]

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.[3]

  • 1. XXI əsr dünya teatr prosesi və Azərbaycan milli teatr sənətinin çağdaş məqsəd və vəzifələri (Müasir teatrda ənənə və novatorluq məsələləri). "Mədəni maarif", 2006, N2, s.5–8.
  • 2. Müasir teatr sorağında (Ədalət Vəlıyevin "Teatr sənətimiz: dünən, bu gün, sabah…" adlı kitabı haqqında). "Mədəni maarif", 2006, N3, s.7–9.
  • 3. Ondan içəri… (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevin 60 illiyi). "Qobustan", 2006, N2, s.20–25.
  1. ""Cəfər Cabbarlı" mükafatı təqdim olundu". 2015-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  2. "Teatr xadimlərinə "Haldun Taner" mükafatı verildi". 2015-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-27.
  3. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.