Məskər (ərəb. معسكر) və ya Maskara[2][3] (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir.
Məskər | |
---|---|
معسكر | |
35°24′ şm. e. 0°08′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1701 |
Mərkəzin hündürlüyü | 590 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 29000 |
Nəqliyyat kodu | 29 |
Vikianbarda əlaqəli mediafayllar |
Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur.
Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Maskara 1832-ci ildə Əmir Əbdülqadirin rəhbərliyi altında müstəqil Əlcəzairin paytaxtı olmuşdur. Şəhər 1835-ci ildə fransız qoşunları tərəfindən məhv edilmiş və 1841-ci ildə fransızlar şəhərə tam nəzarəti ələ keçirmişdilər.