Məzahir Həsən oğlu Alıyev (1951, Gədəbəy rayonu – 18 aprel 1993, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid.
Məzahir Alıyev | |
---|---|
Məzahir Həsən oğlu Alıyev | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Qurd Cəbrayıl |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu, Daryurd kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Gədəbəy rayonu |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Leytenant |
Döyüşlər |
Əfqanıstan müharibəsi, Qarabağ müharibəsi |
1951-ci ildə Gədəbəy rayonunun Daryurd kəndində doğulub. Primorsk vilayətində hərbi xidmətdə olub. Əfqan müharibəsinin iştirakçısıdır. Ordudan qayıtdıqdan sonra Dəllər hərbi hissəsində qulluq edib. Gədəbəy torpaqlarının müdafiəsində – Başkənd, Kaftar, “Keçəldağ, Örükdaş əməliyyatlarında qəhrəmanlıqla döyüşüb. Kəşfiyyat üzrə taqım komandiri idi. Bacarığı, insanpərvərliyi ilə hərbçilər arasında ad-san qazanmışdı. Ən çətin əməliyyatları ona tapşırırdılar. Dəfələrlə ölümlə üz-üzə gəlmişdi. Bir addım da geri çəkilməmişdi. “Arxa Vətəndir, geriyə yol yoxdur” – onun şüarı beləydi. Silah dostları onu “Qurd Cəbrayıl” ləqəbi ilə çağırırdılar. 1993-cü il aprel ayının 18-də qəhrəmancasına həlak oldu. Ailəli idi, 7-övladı var.
http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc (#bare_url_missing_title).