Daryurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Daryurd kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daryurd kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Daryurd | |
---|---|
40°32′ şm. e. 45°40′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.491 m |
Saat qurşağı | |
Kənd əvvəllər Salahlı adı ilə Novosaratovka kəndinin yaxınlığında olmuşdur. XIX əsrin ortalarında Novosaratovka kəndi salındıqdan sonra əhali həmin yerdən köçərək buradakı yurd yerlərində məskunlaşmışdır. Tədqiqatçılar oykonimi "darısqal, dar yurd" kimi izah edirlər. Yerli əhalinin məlumatına görə, kəndin əsl adı Töryurddur. Tör qədim türk dillərində "yüksək dağlıq ərazidə yerləşən otlaq" mənasındadır. Bu söz Azərbaycan dilinin qərb dialektində "yuxarı, baş" mənasında saxlanılmaqdadır.[3]
Kənd Şahdağ silsiləsinin dağ tirələrindən birinin üstündə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |