M-8B motor yağı

M-8B motor yağı - bütün mövsümlərdə işləyən ortaguclü dizel və benzin mühərrikləri üçün nəzərdə tutulan universal yağdır.

Tərkibi[redaktə | mənbəni redaktə et]

M-8B yağı neft yağlarının distillə və qalıq komponentlərinin qarışığına effektiv aşqar kompozisiyasını əlavə etməklə hazırlanır.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

M-8B motor yağı bütün mövsümlərdə işləyən yağ kimi - avtomobil və yük maşınlarının ortaguclü benzin mühərriklərində, həmçinin qış yağı kimi - ortagücləndirilmiş avtotraktor dizellərində istifadə olunur. Dəyişmə müddəti 18 min km.

Təsnifatı[redaktə | mənbəni redaktə et]

  • SAE özlülük təsnifatına əsasən M-8B motor yağı 20 sinfinə uyğundur.
  • APİ təsnifatına əsasən SD/SB tipinə aiddir.
  • M-8B motor yağı Shell Rimula R2 xarici yağı ilə əvəz edilə bilər.

M-8 Motor yağının fiziki-kimyəvi göstəriciləri[redaktə | mənbəni redaktə et]

Göstəricinin adı Norma ГОСТ 10541 Sınaq üsulu
Kinematik özlülük, 1000C mm2/s 7,5-8,5 ГОСТ 33
Özlülük indeksi, az olmayaraq 93 ГОСТ 25371-97
Sıxlıq, q/m³, çox olamayaraq 0,905 ГОСТ 3900
Alışma temperaturu açıq putada, 0C, çox olamayaraq 207 ГОСТ 4333
Donma temperaturu, 0C, yuxarı olmayaraq -25 ГОСТ 20287-91
Mexaniki qarışıqların kütlə miqdarı,%, çox olmayaraq 0,015 ГОСТ 6370əlavə 4.2
Suyun kütlə miqdarı, %, çox olmayaraq İz ГОСТ 2477
Korroziyalıq ,qurquşun lövhələrdə təyin olunmuş, q/m²,çox olmayaraq 10 ГОСТ 20502 əlavə .4.9
Yuyuculuq xassəsi, ПЗВ aparatında təyin olunmuş, çox olmayaraq - ГОСТ 5726
Qələvi ədədi, mq KOH/q, az olmayaraq 5,5 ГОСТ 11362-96 əlavə .4.7
Sulfat külü,%, çox olmayaraq 0,95 ГОСТ 12417-94
Aktiv elementlərin kütlə miqdarı,%, az olmayaraq
Kalsium 0,16 ГОСТ 13538
Sink 0,09 ГОСТ 13538
Fosfor 0,09 ГОСТ 9827
Rəng, ЦНТ kolorimetrində , ЦНТ vahidi, durulaıdlrlmış 15:85, mçox olmayaraq 3,5 ГОСТ 20284

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. http://www.expert-oil.com/site.xp/050050055124049048049057.html.Эксперт[ölü keçid] ойл . Масла и смазки.
  2. ГОСТ 10541-78 . Моторное масло М-8В.