M4 Sherman, ABŞ istehsalı İkinci Dünya Müharibəsində ABŞ ordusunun və dəniz piyadalar korpusunun əsas tank sinfi olan orta sinif tankıdır. Öz adını General William Tecumseh Sherman'dan alır. Tankın əsl adı M4 General Sherman'dır, amma M4 Sherman adı ilə məşhurdur. Bu tanklar eyni zamanda, Kanadada Grizzly, Sovet Rusiyasında isə Emça adı ilə tanınır. 50.000-ə yaxın M4 istehsal edilmişdir.
M4-lər sürətli, hərəkət qabiliyyəti yüksək, zəif zirehli, istehsalı rahat olan, ucuz tanklardır. Dizaynı çox asandır və sürətlə istehsal edilir. 75 mm olan topları öz zamanındakı digər tanklara görə gücsüzdür. ABŞ, Böyük Britaniya, SSRİ və Fransa tərəfindən istifadə olunub. M4-lərin bir çox modelləri vardır. Jumbo modeli ağır zirehə və yüksək çaplı topa sahibdir. DD (Dublex Drive)(İkili sürmə) modeli isə hər hansı bir əraziyə qoşun çıxarma tapşırıqlarında istifadə olunub. M4-lərin fərqli modelləri çox istehsal olunmayıb.
Müharibədə ən çox Panzer IV tankları ilə toqquşurdular. Tiger 1 və Panther 5 tanklarına qarşı təsirsiz qalsa da, istehsal olunmalarının asanlığı və ucuzluğuna görə düşmən tərəfindən vurulan tanklar tez bir zamanda yenilənmişdir. T-34 tankı ilə bənzərlikləri olsa da, T-34 müxtəlif fərqlərlə M4-dən daha güclü bir tankdır.
M4-lər İkinci Dünya Müharibəsindən sonra da bir çox ölkə tərəfindən istifadə olunub. İsrail hal-hazırda bu tankların əsasında yeni tipli zirehli texnikalar istehsal edir.
Hər nə qədər uğurlu bir tank olaraq göstərilsə də, M4-lər əslində tank deyil, dizaynı tanklarla döyüşmək üçün yox, piyadaların irəliləməsinə kömək olmaq, sığınacaqları yox etmək, yol təmizləmək üçün yaradılmışdır. Bir növ ona zirehli transportyor da demək olar.
M4-lər M3 Lee tankları əsasında düzəldilib. M3 Lee-də olduğu kimi iki top yerinə üst tərəfdə 75 mm-lik topa sahibdir. M4-lərin bir çox modelləri istehsal olunub. Xüsusilə də, General Percy Hobart tərəfindən hazırlanan ikili sürmə modeli ən qəribə tank modellərindən biridir.
İlk örnəyində 75 mm-lik zəif sürətli bir top vardı. Bu top zirehdeşmə xüsusiyyətinə malik olmasa da, yüksək partayıcılı mərmiləri ilə piyadalara qarşı çox yaxşı vuruşurdu. İngilislər M4-ə 76.2 mm-lik anti-tank topunu taxmışdılar. Bu model M4 Sherman Firefly (Atəş böcəyi) adı ilə də bilinir. Sonralar M4A1, M4A2, M4A3 modelləri 76 mm-lik topla təchiz olundu və anti-tank tutumu artırıldı. M4A4-lər anti-tank tutumuna görə T-34 və T-34/85 lə eyni səviyyədədir.
M4-lər piyadalara dəstək məqsədilə hazırlanıb. Amerikan Baş Qərargahı tankları yox etməyi topçulara, tank ovçularına, anti-tank silahlara və təyyarələrə vermişdi. Tanklar ancaq piyadaya dəstək üçün istifadə olunmalı idi. (Əslində, belə baxanda, bu Almanların işlətdiyi Blitskriq planının təqlid forması idi. Yəni oxşarı idi, Alman Tiger və Panzer tankları müharibəyə girəndən sonra bu taktikaya olan inam zəiflədi və M4-lər anti-tank halına gətirildi.
https://tr.wikipedia.org/wiki/M4_Sherman#Sava%C5%9Ftaki_rolleri