Tiger (tank)

Panzerkampfwagen VI (“Zirehli müharibə vasitəsi VI”, ləqəb: Tiger tələffüzü və ya Tiger I), — İkinci dünya müharibəsində Üçüncü Reyx tərəfindən istehsal olunan ağır tank. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanının ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərinin qorxusu idi (xüsusilə Qərb cəbhəsində). Şərq cəbhəsindəki öz zamanının yüksək səviyyədə texnologiyaları ilə təchiz edilmiş T-34KV-1 / 2,3 tanklarına qarşı çıxarılmışdır. Müharibənin sonlarına yaxın bir Tiger tankına 20 ədəd M4 Sherman tankının hücum edildiyi görülmüşdür. Tiger'ların itki verməsinin səbəbi düşmənlər deyil kompleks mexaniki səhvlər idi. Buna görə çoxu Tiger tankı düzəlməz halda sıradan çıxdığı üçün heyəti tərəfindən tərk edilmiş halda tapılmışdır. Tankın hərəkət mənzili 110–195 km arasında dəyişmişdir. Hal-hazırda bu tankdan cəmi bir ədədi Bovinqton tank muzeyində orijinal və işlək vəziyyətdədir. Həmin tank da almanların Afrika kampaniyası zamanı ingilislər tərəfindən ələ keçirilmiş 131 nömrəli tankdır. Yerdə qalan tanklar ya işlək vəziyyətdə deyillər, ya da orijinal deyildirlər. Bu tanklar müharibədən sonra müttəfiqlər tərəfindən öz aralarında bölüşdürülmüşdürlər. SSRİ bu tankları əldə etdikdən sonra əvvəlcə mütəxəssisləri tərəfindən diqqətlə incələtmiş, daha sonra isə hərbi poliqonlarda yeni yaradılmış tanklarının atəş gücünün sınaqları məqsədilə istifadə edilmişdirlər. Fransa isə daha fərqli yol ilə getmişdir. Tanklar ələ keçirildikdən bir müddət sonra da, istifadə edilmişdirlər, daha sonra isə onları parçalarına ayırmışlar, bir qismi isə muzeylərə paylanılmışdırlar.

PzKpfw VI "Tiger" (Pələng)
PzKpfw VI “Tiger”
Tipi Ağır tank
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1942—1945
İstismara başlanması 1942[1]
İstismar edənlər Üçüncü Reyx
İstifadə edilən döyüşlər İkinci dünya müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Henschel-Werke & Son
Konstruksiya tarixi 1938-1941
İstehsalçı Henschel-Werke
İstehsal illəri 1942—1944
İstehsal sayı 1347 ədəd
Xüsusiyyətləri
Ağırlığı 56,9 ton
Zireh ön hissə 100 mm polad, 25–120 mm-lik maili qaynaq edilmiş polad, yan tərəfləri 80 mm polad
Sürət 40 km/s
Əsas silah 1× 8.8 cm KwK 36 L/56
Köməkçi silah 2x MG-34
Uzunluğu 6.29 m
Eni 3.55 m
Hündürlüyü 3.0 m
Ekipaj 5 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Tiger 131 tankı 2012-ci ildə Böyük Britaniya tank muzeyində

Önəmli uğurları

[redaktə | mənbəni redaktə et]

Kursk döyüşündə bir ədəd Tiger I tankı 22 ədəd T-34 tankını məhv etməyi bacarmışdır. Deyilənlərə görə 23 tanka da bir dəfə atəş açmış və tank ağır xəsarət almış, fəqət atəş açanda Tiger partlamışdır.

13 iyun 1944-cü ildə Villers-Bocage müharibəsində 101-ci Ağır SS Panzer Taborunun 2-ci Bölüyünə bağlı olan Michael Witmann rəhbərliyindəki Tiger I, 12-si tank olmaqla ümumi 27 ədəd zirehli texnikanı sıradan çıxarmışdır.

Otto Carius 21-ci panzer alayında olarkən çoxu Şərq cəbhəsində olmaqla 150-dən çox düşmən tankını məhv etmiş bir tank zabitidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Chamberlain P., Doyle H. L. Encyclopedia of German Tanks of World War Two, Revised Edition. Arms and Armour Press, 1993. S. 136.
  2. 1 2 Winchester J. The World War II Tank Guide. Chartwell Books, 2000. S. 16. ISBN 978-0-7858-1229-6