Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
M6 37 mm KMO ABŞ tərəfindən istehsal edilən və Amerikan Ordusu tərəfindən İkinci Dünya müharibəsi əsnasında tank məhvedicisi olaraq istifadə edilən bir zirehli döyüş vasitəsidir.
1942-ci ilin fevral ayındakı Standartlaşdırmanın ardından 1942-ci ilin aprel və oktyabr ayları arasında 5,380 ədəd M6 37 mm KMO istehsal edildi. Bir ədəd vasitənin xərci 4,265 ABŞ dolları idi. Amerika ordusunun təliminə görə, tankların əsl məqsədi piyada birliklərinə dəstək vermək idi. Düşmən tanklarının məhvi işini tank məhvedici vasitələri aparmalıydı. M6 37 mm KMO Amerikalılar tərəfindən çox az qarşıdurmada istifadə edildi. 1942-ci ilin sonları və 1943-cü il tarixlərində baş vermiş olan Tunis hərəkatı əsnasında Amerikanın 601-ci və 701-ci Tank məhvedici taburlarında istifadə edilmişdir. Bu vasitələrdən müsbət nəticə əldə edilə bilinmədi. İlk olaraq zirehləri yox idi və daşıdıqları anti-tank mərmiləri inkişaf etmiş Alman tanklarına qarşı təsirsiz idi. M6 lar ayrıca az da olsa 1943 və 1944-cü illərdə Sakit okean Cəbhəsində də istifadə edilmişdir. 1943-cü ilin sentyabr ayında bu silah özündən daha güclü 75 mm-lik və 3-düymlük topların çıxması ilə məhdud təsirli sinfinə aid edildi. 1945-ci ilin yanvar ayında isə, bu silahlara zamanı keçmiş silahlar deyilərək, xidmətdən çıxardıldılar.