MAN

MAN — alman avtomobil markası.

MAN
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye maşınqayırma, avtomobil sənayesi
Məhsulları Yük maşını, avtobus, Dizel mühərriki
Təsis tarixi 1758
Bağlanma tarixi 31 avqust 2021
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 55.235 nəf. (30 iyun 2012)
mantruckandbus.com/en/ma…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
MAN emblemi
MAN
MAN

"MAN" avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında AuqsburqNürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur.

Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstriyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.

1924-cü ildə müəssisə dünyada ilk dəfə dizel mühərrikləri ilə təchiz edilən və seriya ilə buraxılan yük avtomobilləri istehsal etdi. Tədricən bu yük maşınlar və onların mühərrikləri özlərini doğrultdu və kompaniya bu istiqamətdə işlərini davam etdirdi. 1937-ci ildə yük avtomobilləri üçün yaradılmış sferik yanma kameralı ilk dizel mühərriki peyda oldu. Bu, həmin dövrdə maşınqayırma sənayesində tərəqqidən xəbər verən böyük yenilik idi.

MAN markasının müasir tarixi isə öz başlanğıcını 1950-ci illərdən götürür. Həmin il bazara kapotsuz quruluşlu ilk yük maşını – "13 230" modeli çıxarıldı. O, tutumu 19.343 kub santimetr olan 6 silindrli dizel mühərriki ilə və 12 pilləli mexaniki ötürücü sürət qutu ilə təchiz olunmuşdu. Bu yük maşını 82 km/saat sürətlə 12 ton yük daşımağa qadir idi. Əvvəlcə yeni model qeyri-adi təəssürat yaratdı və hətta insanlar bu yeniliyə bir qədər ehtiyatla yanaşdılar. Lakin Avropa şəraitində kapotsuz quruluşun üstünlüyü tezliklə özünü büruzə verdi, buna görə də bu konstruksiya hamı tərəfindən bəyənildi.

1967-ci ildə buraxılmış 13-cü seriyadan olan MAN avtomobilləri (215/240/250F modelləri) bu markanın tarixində mühüm mərhələ oldu. Artıq burada kompaniyanın konstruktor işinin bir çox prinsipləri aydın görünürdü: üstü açılan komfortlu kabinə, geniş çeşidli modifikasiyalar və əlavə avadanlıqlar, texniki cəhətdən düzgün seçilmiş etibarlı dizel mühərrikləri – bütün bunlar həmin prinsiplərin təzahürü idi və onların inkişafı bu gün də davam etməkdədir.

1978-ci ildə buraxılmış Х-90 modeli kompaniyanın götürdüyü istiqamətin davamı oldu. O, uzaq məsafələrə yük daşınması üçün nəzərdə tutulmuşdu. Modul konstruksiyası (zərurət yarandıqda avtomobilin təyinatını istənilən vaxt "dəyişmək" mümkündür), kabinənin hamar döşəməsi, təkmilləşdirilmiş bamper örtüyü, avtomobilin qabaritini artırmadan onun içərisindəki sərbəst məkandan maksimal istifadə imkanı – həmin dövrdə yenilik sayılan bütün bu prinsiplər bu gün müasir avtomobilqayırmada geniş tətbiq olunmaqdadır.

Kompaniyanın uğurlarını MAN-F90 modeli davam etdirdi, 1987-ci ildə bu model "İlin yük avtomobili" (Truck of the Year) adına layiq görüldü. Bu model hazırda təkamül prosesində olan konstruksiya elementlərinə: estetik xarici görünüşə, interyerin xırdalıqlara qədər işlənmiş erqonomikasına, bir neçə tip kabinəyə, geniş çeşidli əlavə avadanlıqlara malik idi. Son onillikdə MAN-ın əldə etdiyi nailiyyətlər hamıya məlumdur: bu adı daşıyan milyonlarla yük avtomobili və avtobus bütün dünyada hər gün insanlara xidmət etməkdədir.

Yük maşını modelləri

[redaktə | mənbəni redaktə et]
  • Lion’s City(eski isimleri ile NL NG ve NU) şəhər/servis avtobusu
  • Lions Classic(eski isimleri ile SL SG ve SU) şəhər/servis avtobusu
  • Lion’s Regio servis ovtobusu
  • 10.225 FOCL midi bus
  • 12.220 HOCL
  • 14.280 HOCL
  • 12.220 HOCL-NL
  • 14.220 HOCL-NL
  • 18.220/260/280 HOCL-SL
  • 18.220/260/280/310/360 HOCL-SÜ
  • 18.220/260/310 HOCL-NL (LF)
  • 18.260/310/360/410 /460 HOCL
  • 24.310/360/410/460 HOCLN
  • 28.310 HGOCL
  • Man Fortuna

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]