MHP-Arena

MHP-Arena — Almaniyanın Ştutqart şəhərində yerləşən, 60 449 tamaşaçı tutumlu Ştutqart şəhərinin futbol klubunun ev arenası. 1933-cü ildə memar Paul Bonatz tərəfindən inşa edilmişdir.[4]

MHP-Arena
Loqonun şəkli
Xəritə
Keçmiş adı Neckarstadion, Gottlieb-Daimler-Stadion, Mersedes-Benz-Arena
Təməli qoyulub 1897
Tikilib 23 iyul 1933
Yenidən qurulma tarixi 1949–1951, 1999–2003, 2004–2005
Tikinti xərcləri

63.5 milyon avro(2009–2011 genişlənmə)[1]
58 milyon avro(2004–2005 təmir)[2]

5.2 milyon avro(2001)[3]
Memar Paul Bonatz
Sahibi Ştutqart FK
Tamaşaçı tutumu 60,441 (liqa oyunları),
54.906 (beynəlxalq matçlar)
Ev sahibi komanda Ştutqart FK
Ot örtüyü təbii ot
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

30 iyul 2008-ci il tarixindən etibarən stadion yaxın 30 il ərzində "Mercedes-Benz Arena" (avtomobil konserninin Muzeyi stadionun yaxınlığında yerləşir) adlandırılacaq. Avtomobil konsern muzeyi arenanın yaxınlığında yerləşir. Avtomobil konserni ilə sponsorluq müqaviləsi bağlandıqdan sonra tutumun 60 min tamaşaçıya çatdırılması, stadionu yalnız futbol halına gətirən qaçış zolaqlarının çıxarılması planlaşdırılır. Bu müqavilə üçün "Ştutqart" təxminən 20 milyon avro alacaq. UEFA-nın Nizamnaməsinə əsasən, stadion beynəlxalq oyunları (Çempionlar Liqası və Avropa Liqası oyunları) keçirərkən sponsor adını daşıya bilməz, çünki bu rəhbər orqanlarda turnirlər üzrə rəsmi tərəfdaş olmayan şirkətlər tərəfindən korporativ sponsorluğu qadağan edən qaydalar mövcuddur.[5] Belə hallarda üçün alternativ "Stuttgart Arena" adı istifadə olunur.[6]

Stadion 1974 və 2006-cı ildə dünya çempionatlarının oyunlarına ev sahibliyi etdi (müvafiq olaraq 4 və 6), həmçinin 1988-ci il Avropa çempionatının 2 oyunu (İngiltərə - İrlandiya 0:1 və SSRİ yarımfinalı - İtaliya 2:0) keçirilib.

  1. Mercedes-Benz Arena Stuttgart Arxiv surəti 18 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 18 iyul 2011 at the Wayback Machine ASP Architekten Arat
  2. Gottlieb-Daimler-Stadion Fußball-Weltmeisterschaft 2006 Arxiv surəti 18 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 18 iyul 2011 at the Wayback Machine ASP Architekten Arat
  3. Parkhaus Gottlieb-Daimler-Stadion Stuttgart Arxiv surəti 18 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 18 iyul 2011 at the Wayback Machine ASP Architekten Arat
  4. Arsenal: Friendly against VfB Stuttgart announced Arxiv surəti 18 noyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 18 noyabr 2015 at the Wayback Machine
  5. "Mercedes-Benz Classic: November 1885: Daimler riding car travels from Cannstatt to Untertürkheim". Daimler. 25 October 2010. 25 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 February 2014.
  6. "Mercedes-Benz Museum – how to find us" (PDF). Mercedes-Benz. 25 February 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 February 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]