Paul Bonatz (d. 6 dekabr 1877 – ö. 20 dekabr 1956) — Almaniya memarı, Nasist memarlığına böyük təsir göstərmişdir.
Paul Bonatz | |
---|---|
Paul Bonatz | |
Şəxsi məlumatlar | |
Doğum adı | Paul Michael Nikolaus Bonatz[2] |
Doğum tarixi | |
Doğum yeri | Almaniya, Ştutqart |
Vəfat tarixi | 20 dekabr 1956-cı il |
Vəfat yeri | Almaniya |
Dəfn yeri |
|
Vətəndaşlığı | Almaniya |
Təhsili | |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Ştutqart, Ankara, İstambul |
Əsas tikililəri | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Paul Bonatz 1896–1901 illəri arasında Münhen Texniki Universitetində memarlıq təhsili gördükdən sonra, Ştutqart Universitetində Prof. Teodor Fişerin assistenti kimi çalışmışdır (1902–1906), 1908-ci ildə isə onun yerinə keçdi. Türkiyədə işə gəldiyi 1943-cü ilə qədər müəllimliyə davam etdirdiyi kimi öz bürosunda da memarlıq fəaliyyətlərini davam etdirdi. Tübinqen Universiteti Kitabxanası (1910–1912), Hannover Şəhər Salonu (1910–1914), yarışma layihəsi olaraq hazırladığı Ştutqart Vağzalı (1914–1917), mühəndislik strukturlarının bir memarlıq mövzusu ola biləcəyini göstərdiyi Nekkar Su Anbarı və Elektrik Stansiyası (1926–1935), Ştutqartdaki Zepplin Oteli (1931–1933), İsveçrədə Bazel Gözəl Sənətlər Muzeyi (R. Krist ilə birlikdə; 1932–1936), müxtəlif şose körpüləri (1938–1941) bu dövr əsərlərinin başlıcalarıdır.
Bonatz Türkiyəyə ilk dəfə 1916-cı ildə İstanbulda tikiləcək Türk-Alman Dostluq Evi layihə yarışması üçün gəlmişdi. 1942-ci ildə Türkiyəyə bir daha gələrək beynəlxalq Anıtkabir arxitektura layihə yarışmasında münsiflər heyətinə seçildi. Növbəti ilin əvvəllərində, Hitler dövrünün Alman memarlığını müxtəlif ölkələrdə tanıtmaq məqsədini daşıyan Alman Memarlıq Sərgisində işlərini Ankara və İstanbulda təqdim etmək üçün yenidən Türkiyəyə gəldi. Bonatz eyni ilin sonunda Milli Təhsil Nazirliyi tərəfindən Məsləhətçilik Tikinti Bürosunun memarlıq katibliyinə gətirildi.
1947-ci ilə qədər sürən bu vəzifəsi əsnasında müxtəlif şəhərlərdə reallaşdırılacaq sənət institutları üçün layihələr hazırladı. 1943–1944-cü illərdə Emin Xalid Onat ilə birlikdə İstanbul Texniki Universiteti Memarlıq Fakültəsi olaraq istifadə olunan Daşqışlanın təmir işlərinə qatıldı, 1946–1954 arasında eyni məktəbdə arxitektura layihə müəllimliyi etdi. Çanaqqala şəhidləri abidəsi, İstanbul Radioevi və İstanbul Ədalət sarayı kimi əhəmiyyətli tikililərin yarışma müsifləri arasında idi. UIA-nın (Beynəlxalq Memarlar Birliyi) 1948-ci ildə toplanan ilk ümumi heyətinə Türk heyətiylə birlikdə qatıldı. 1954-cü ildə müharibədən sonrakı Almaniyanın yenidən qurulmasında iştirak etmək üçün Almaniyaya geri döndü və iki il sonra öldü.
Bonatzın möhkəmlik, uzunömürlülük, sadəlik prinsiplərinə söykənən memarlığı, heç bir dövrə bağlı olmadan müasir olmaq (zeitlos) görüşündən yola çıxır, amma o Türkiyədə qaldığı müddət içində II. Milli Memarlıq Axımından təsirlənərək, milli mədəniyyətə sahib çıxma anlayışı içində, memarlıqda yerli elementlərin istifadə edilməsi və strukturların olduqları bölgəylə uyğunlaşma içində olması prinsiplərinə yönəlmişdir. Ankaradakı Saraçoğlu Məmur Evləri Məhəlləsi kimi strukturlarının dizaynında, ənənəvi Türk mənzil memarlığının diqqətə çarpan elementlərini bu istiqamətdə istifadə etmişdir.