Mağara çimərliyi (mac. Barlangfürdő) — Maçarıstanda mağara daxilində yerləşən geotermal su hövzəsi. Çimərlik Mişkols şəhərinin Mişkols-Tapolsa kurortunda yerləşir. Digər bu tip mağara çimərliyi Slovakiyanın Sklene-Teplisa şəhərindədir. Temperaturu 30 °C olan bu su oynaq ağrılarını müalicə edir. Başqa termal sulardan fərqli olaraq bu suyun tərkibində duzların miqdarı çox azdır. O üzdən insanlar uzun müddət bu suda çimə bilərlər. Mağara çimərliyini yanvar ayı istisna olunmaqla il boyu ziyarət etmək mümkündür.
Mağara və termal su qədim dövrlərdən məlum olsada, Tapolsa çimərliyi Macarıstanın Osmanlı İmperiyası tərəfindən işğalından sonra məşhurlaşıb (16 -17 əsrlər). Mağaranın olduğu ərazi yunan pravoslav abbatılığı Qerembeye məxsus idi. 1711-ci ildə abbatlığın təşəbbüsü ilə çimərlik yaradılmış və suyun özəlliyini öyrənmək üçün Slovakiyadan həkim dəvət edilmişdir. 1723-cü ildə üç hovuz və bir mehmanxana inşa edilmişdir. Mağaradan o zaman istifadə olunmayıb və hovuzlar kənarda yerləşirdi. Hovuzların suyu indi ilə müqayisədə daha soyuq idi. Çünki, digər soyuq termal sulardan istifadə olunurdu. XVIII əsrin ortalarında çimərlik unudulmuş və XIX əsrdə binanın xarabalığı qalmışdır.
1837-ci ildə Qermebey abbatlığı çimərliyi bərpa etdirmiş və xeyli genişləndirmişdir. Artıq qapalı hovuz fəaliyyət göstərirdi.
XX əsrin əvvələrində, Mişkols şəhəri yunan pravaslav kilsəsindən bə ərazini satın almış. Buna səbəb nəyin ki, termal su olmuş, həm də içməli su mənbələrin olması idi. Ərazidə ilk öncə ümumi hovuz inşa edildi. 1934-cü ildə Tapolsa rəsmi olaraq kurort şəhəri elan edildi. 1939-cu ildə yeni çimərlik evi tikilmiş və tikinti zamanı bəzi arxeoloji tapıntılar, eləcə də yeni termal su aşkar edilmişdir( +31.5°С). Mağara daxilində olan çimərlik hovuzu 14 may 1959-cu ildə istifadəyə verilmişdir.