Maşın Sazi FK (fars. باشگاه فوتبال ماشینسازی تبریز) — İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərini təmsil edən peşəkar futbol klubu. Klub hal-hazırda İranın ən yüksək liqası olan İran Pro-liqasında mübarizə aparır. Klub 2014-cü ildən Təbriz Bələdiyyəsinə məxsusdur. Klub 2016-cı ildə 19 illik fasilədən sonra yenidən İran çempionatının yüksək divizionuna qayıdıb.
Maşın Sazi | |||
---|---|---|---|
Klubun tam adı |
Maşın Sazi Futbol Klubu fars. باشگاه فوتبال ماشینسازی تبریز |
||
Ölkə | İran | ||
Ləqəb(lər) | Yaşıl maşın, Maşınqayıranlar | ||
Rəng(lər) | Yaşıl-ağ | ||
Yaranma tarixi | 1969 | ||
Stadionu | Təxti stadionu[1] | ||
Tutumu | 25.000[2] | ||
Sahibi | Təbriz Bələdiyyəsi | ||
Prezidenti | Mir Məsum Söhrabi | ||
Baş məşqçisi | Fərhad Kazemi | ||
Liqa | İran milli futbol çempionatı | ||
2019/20 | 11. | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
"Maşın Sazi" Təbriz şəhərinin bir digər təmsilçiləri olan "Traktor Sazi", "Göstəriş Polad" və "Şəhrdari Təbriz" klubları ilə daimi rəqabət içərisindədir. Klub Rusiyanın "Torpedo Moskva" komandası ilə dostluq münasibətlərinə malikdir.
1969-cu ildə Maşın Sazi Təbriz maşınqayırma zavodu "Maşın Sazi" adlı yeni futbol komandası yaratmaq qərarına gəlib. "Maşın Sazi" ilk rəsmi matçını 1970-ci ildə keçirib. Bir neçə ildən sonra isə klubun artıq Təbrizdə çoxlu azarkeşləri var idi.
1973-cü ildə İranda ilk ümummilli futbol liqası sayılan "Cəmşid kuboku" yaradıldı. "Maşın Sazi" elə ilk mövsümdən bu turnirdə mübarizəyə qoşuldu. Klub ilk mövsümündə 22 oyundan yalnız bir qələbə qazanaraq liqanın əsas autsayderi oldu. Komanda 1976-1979-cu illərdə yenidən "Cəmşid kuboku"nda iştirak etmişdir.
"Maşın Sazi" İran İslam İnqilabından sonra və İran-İraq müharibəsi zamanı İrandakı digər əksər idman klubları kimi fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmalı oldu. Klub 1979-1980-ci illərdə hər hansı bir əhəmiyyətli yarışlarda iştirak etmədi. 1980-ci ildə Təbriz futbol liqası və futbol üzrə Təbriz kuboku yaradıldı. "Maşın Sazi" 1980-ci ildən 1988-ci ilədək məhs bu turnirlərdə uğurla mübarizə apardı. Klub Təbriz futbol liqasında yeddi dəfə çempion olmuş, iki dəfə isə ikinci yeri tutmuşdur, həmçinin Təbriz kubokunu isə altı dəfə qazanmışdır. Müharibə başa çatdıqdan sonra yerli və əyalət liqaları ləğv edilib, onların yerlərinə isə ümummilli liqalar yaradılıb.
Müharibədən sonra Azadeqan Liqası adlı ümummilli iran çempionatı yaradılıb. "Maşın Sazi" 1994-cü ildə bu liqaya yüksəlib. Komanda növbəti iki mövsüm ərzində Azadeqan Liqasında çıxış edib və hər iki mövsümdə də 8-ci yeri tutub.[3] Klub 1996-97 mövsümündə 16 komanda arasında 13-cü yeri tutaraq İkinci diviziona düşüb.[4] "Maşın Sazi" 1997-ci idən 2001-ci ilədək bu divizionda oynayıb.
2001-ci ildə İran Pro-liqasının yaranmasından sonra "Maşın Sazi" Azadeqan liqasında çıxış edib. Klub uzun illər Azadeqan liqasının ortabab klublarından olub. Klub 2007-08 mövsümündə Azadeqan liqasında 11-ci yeri tutduğuna görə 2-ci diviziona düşməli idi, amma İran Futbol Federasiyası liqadakı komandaların sayının 28-dək artırılması qərarını verdiyi üçün "Maşın Sazi" Azadeqan liqasını tərk etməyib.[5]
2008-ci ildə komandanın rəhbərliyi maliyyə vəziyyətinin ağırlığı səbəbindən futbolçuların əmək haqlarını ödəmək iqtidarında deyildi, üstəlik klubun böyük məbləğdə borcları var idi. Son 12 oyunda 10 məğlubiyyətdən sonra komandanın baş məşqçisi Əsgər Etebari istefaya göndərilib. Onun əvəzinə yeni baş məşqçi vəzifəsinə Sirus Bayrami təyin edilib. 2008-ci ilin martında klubun prezidenti Cavad Şehlei tutduğu vəzifədən azad edilib. Fərhad Sedaqat klubun yeni prezidenti seçilib. Eyni zamanda Seyid Cavad Musəvi klubun yeni baş məşqçisi təyin olunub. Bütün bunlara baxmayaraq "Maşın Sazi" 2008-09 mövsümünün yekununda Azadeqan liqasında 13-cü yeri tutaraq ikinci diviziona düşüb.[6]
25 aprel 2009-cu ildə "Maşın Sazi" klubu komandaya xeyli vəsait xərcləmiş iş adamı Şahram Dəbiri tərəfindən alınıb. Klub ikinci divizionda bir il çıxış etdikdən sonra Azadeqan liqasında iştirak etmək hüququ verən lisenziyanı almış və 2010-11 mövsümündən etibarən yenidən Azadeqan liqasında çıxış etməyə başlamışdır. Komanda 2011-12 mövsümündə Azadeqan liqasında üçüncü yeri tutub.[7] Növbəti mövsümdə 14 komanda arasında sonuncu yeri tutaraq ikinci diviziona düşüb.[8] "Maşın Sazi" növbəti iki mövsüm ərzində ikinci divizionda çıxış edib.
"Maşın Sazi" klubu 2014-cü ildən Təbriz Bələdiyyəsinə məxsusdur.
Klub 2015-ci ilin iyun ayında Azadeqan liqasında Şərqi Azərbaycan ostanının təmsilçisi kimi "Şəhrdari Təbriz" komandasını əvəzləyib. 2016-cı ilin qışında Rəsul Hatibi "Maşın Sazi"nin yeni baş məşqçisi təyin olunub. Yeni baş məşqçinin qarşısına İran Pro-liqasına yüksəlmək hədəfi qoyulub. "Maşın Sazi" 10 may 2016-cı ildə "Mes Rəfsəncan" üzərində 3:0 hesablı[9] qələbədən sonra İran Pro-liqasına vəsiqəni təmin edib. Klub Azadeqan liqasının 2015-2016-cı illər mövsümünün yekununda 20 komanda arasında 2-ci yeri tutub və 19 illik fasilədən sonra yenidən İran Pro-liqasında iştirak etmək hüququnu qazanıb.[10]
2016-cı ilin dekabrında klubun baş məşqçisi Rəsul Hatibi ardıcıl uğursuz nəticələrdən sonra istefaya göndərilib. Onun əvəzinə yeni baş məşqçi vəzifəsinə Fərhad Kazimi təyin edilib.
Klubun 2016-17 mövsümü üçün heyəti.[11]
|
|
Mövsüm | Diviziya | Liqa | Yer | O | Q | H | M | VT | BT | X | Kubok | Qeyd | Təbriz Həzfi Kuboku |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1971–72 | 1-ci | Regional Liqa | 3 | 3 | 1 | 1 | 1 | 3 | 3 | 3 | keçirilməyib | 3-cü yer (A Regionu) | |
1973–74 | 1-ci | Cəmşid kuboku | 12 | 22 | 1 | 5 | 16 | 11 | 48 | 8 | Aşağı liqaya düşüb | ||
1974–75 | 2-ci | İkinci diviziya | 6 | 22 | 8 | 5 | 10 | 30 | 29 | 29 | |||
1975–76 | 1 | 6 | 5 | 1 | 0 | 10 | 4 | 11 | 1/8 final | Yüksək liqaya yüksəlib | |||
1976–77 | 1-ci | Cəmşid kuboku | 9 | 30 | 8 | 16 | 6 | 23 | 23 | 32 | 1/16 final | ||
1977–78 | 10 | 30 | 9 | 10 | 11 | 20 | 23 | 28 | keçirilməyib | ||||
1978–79 | 11 | 12 | 4 | 4 | 4 | 11 | 15 | 12 | 12-ci həftəyə qədər | ||||
1980–81 | 1-ci | Təbriz futbol liqası | 2 | 9 | 6 | 2 | 1 | 19 | 10 | 14 | Qalib | ||
1981–82 | 1 | 10 | 8 | 2 | 0 | 19 | 5 | 18 | Finalçı | ||||
1982–83 | 3 | 11 | 4 | 4 | 3 | 17 | 6 | 12 | Üçüncü mərhələ | ||||
1983–84 | 2 | 10 | 6 | 3 | 1 | 12 | 6 | 15 | Qalib | ||||
1984–85 | 1 | 11 | 10 | 1 | 0 | 29 | 10 | 21 | Qalib | ||||
1985–86 | 1 | 20 | 16 | 1 | 4 | 39 | 30 | 49 | Qalib | ||||
1986–87 | 1 | 20 | 17 | 2 | 1 | 30 | 15 | 53 | Üçüncü mərhələ | Qalib | |||
1987–88 | 1 | 20 | 16 | 3 | 1 | 34 | 26 | 51 | 1/8 final | Qalib | |||
1988–89 | 1 | 20 | 14 | 1 | 5 | 28 | 28 | 43 | 1/16 final | Qalib | |||
1989–90 | 1-ci | Qots liqa | 6 | 20 | 7 | 7 | 6 | 19 | 18 | 21 | 1/16 final | ||
1990–91 | 2-ci | İkinci diviziya | 4 | 14 | 7 | 4 | 3 | 20 | 10 | 18 | Üçüncü mərhələ | ||
1991–92 | 8 | 24 | 4 | 7 | 13 | 22 | 23 | 19 | keçirilməyib | ||||
1992–93 | 7 | 26 | 9 | 11 | 6 | 27 | 20 | 29 | keçirilməyib | ||||
1993–94 | 2 | 26 | 12 | 11 | 3 | 40 | 20 | 35 | 1/32 final | Yüksək liqaya yüksəlib | |||
1994–95 | 1-ci | Azadeqan liqa | 3 | 22 | 9 | 7 | 6 | 27 | 26 | 25 | 1/16 final | ||
1995–96 | 8 | 30 | 11 | 8 | 11 | 35 | 38 | 41 | 1/8 final | ||||
1996–97 | 13 | 30 | 10 | 5 | 15 | 30 | 52 | 35 | 1/16 final | Aşağı liqaya düşüb | |||
1997–98 | 2-ci | İkinci diviziya | 5 | 18 | 7 | 6 | 5 | 19 | 12 | 27 | keçirilməyib | ||
1998–99 | 7 | 16 | 5 | 4 | 7 | 19 | 17 | 19 | 1/32 final | ||||
1999–00 | 9 | 34 | 8 | 12 | 14 | 35 | 55 | 36 | İkinci mərhələ | ||||
2000–01 | 5 | 34 | 12 | 10 | 12 | 45 | 50 | 46 | 1/16 final | ||||
2001–02 | Azadeqan liqa | 3 | 20 | 9 | 5 | 6 | 28 | 19 | 32 | 1/16 final | |||
2002–03 | 9 | 30 | 9 | 11 | 10 | 40 | 39 | 38 | İkinci mərhələ | ||||
2003–04 | 7 | 30 | 11 | 8 | 11 | 34 | 32 | 41 | Üçüncü mərhələ | ||||
2004–05 | 9 | 22 | 6 | 8 | 8 | 18 | 21 | 24 | Üçüncü mərhələ | B Qrupu | |||
2005–06 | 9 | 22 | 6 | 7 | 9 | 21 | 36 | 25 | Birinci mərhələ | B Qrupu | |||
2006–07 | 8 | 21 | 5 | 10 | 6 | 12 | 15 | 25 | İkinci mərhələ | A Qrupu | |||
2007–08 | 11 | 22 | 3 | 12 | 7 | 15 | 25 | 21 | İkinci mərhələ | B Qrupu | |||
2008–09 | 13 | 26 | 5 | 5 | 16 | 21 | 49 | 20 | İkinci mərhələ | Aşağı liqaya düşüb | |||
2009–10 | 3-cü | İkinci diviziya | 4 | 16 | 4 | 8 | 4 | 22 | 19 | 20 | First Round | Əvəzlənib | |
2010–11 | 2-ci | Azadeqan liqa | 12 | 26 | 7 | 10 | 9 | 30 | 36 | 31 | 1/16 Final | ||
2011–12 | 3 | 26 | 11 | 8 | 7 | 32 | 25 | 41 | 1/8 final | ||||
2012–13 | 14 | 26 | 3 | 4 | 19 | 18 | 47 | 13 | Birinci mərhələ | Aşağı liqaya düşüb | |||
2013–14 | 3-cü | İkinci diviziya | 11 | 24 | 6 | 5 | 13 | 26 | 33 | 23 | 1/32 final | ||
2014–15 | 7 | 18 | 5 | 9 | 4 | 20 | 19 | 24 | Üçüncü mərhələ | Əvəzlənib | |||
2015–16 | 2-ci | Azadeqan liqa | 2 | 38 | 16 | 15 | 7 | 53 | 36 | 63 | İştirak etməyib | Yüksək liqaya yüksəlib | |
2016–17 | 1-ci | İran Pro-liqası |
Səhənd stadionun tikintisindən əvvəl, "Maşın Sazi" bütün ev oyunlarını günümüzdə 25.000 tamaşaçı tutumuna malik Təxti stadionunda keçirirdi. Klub hazırda ancaq vacib oyunlarını Səhənd stadionunda keçirir. "Maşın Sazi" məşqlərini 5.000 yerlik Mərzdaran stadionunda keçirir.[12] Bu stadionda həmçinin klubun gənclərdən ibarət komandası ev oyunlarını keçirir.
Yaşıl | Ağ |
1969–71
|
1971–73
|
1973–74
|
1974–75
|
1975–76
|
1976–77
|
1977–82
|
1982–84
|
1984–88
|
1988–03
|
2003–05
|
2005–
|
Ad | Dövr |
---|---|
Məhəmməd Rəncbər | 1972–73 |
Əli Haşemi | 1973–77 |
Qarnik Mehrabian | 1978–80 |
Hüseyn Fekri | 1980–83 |
Əli Şirdel | 1983–88 |
Yaqub Zeynalı | 1988–89 |
Hesam Gülzar | 1989–90 |
Biyok Sabaqi | 1990–91 |
Asif Namazov | 1991–92 |
Rəhim Ağdam | 1994–95 |
Nasser Hecazi | 1995–96 |
Adrian Szabo | 1996–97 |
Həmid Nadimian | |
Məcid Cahanpur | 2001–02 |
Əsgər Etebari | 2002–03 |
Nasser Hecazi | 2003– |
Vaqif Sadıqov | 2003– |
Böyükağa Hacıyev | 2003–04 |
Gholamhossein Karimpour | 2004–05 |
Ahad Sheykhlari | 2005–06 |
Qulamrza Bağabadi | İyul 2006 – 7 İyul |
Əli Nikbəxt | İyul 2007 – 8 Fevral |
Qulamrza Bağabadi | Fevral 2008 – 8 İyun |
Əsgər Etebari | İyul 2008 – 9 Yanvar |
Sirus Bayrami | Yanvar 2009 – 9 Aprel |
Səyed Cavad Musəvi | Aprel 2009 – 10 Oktyabr |
Əhəd Şeyxlari | Oktyabr 2010 – 10 Sentyabr |
Əyyub Zülfüqari | Sentyabr 2010 – 10 Dekabr |
Zoran Smilevski | Dekabr 2010 – 11 İyun |
Rəsul Xatibi | İyun 2011 – 12 İyul |
Nasser İbrahimi | Avqust 2012 – 12 Sentyabr |
Əlirza Əkbərpur | Sentyabr 2012 – 12 Noyabr |
Əsgər Etebari | Noyabr 2012 – 13 Yanvar |
Hüseyn Xatibi | Yanvar 2013 – 13 Mart |
Vəli Hatəmi | Mart 2013 – 13 Avqust |
Əmir Dadaş Ziayi | Avqust 2013 – 13 Sentyabr |
Səyed Cavad Musavi | Sentyabr 2013 |
Səid Parkide | Sentyabr 2013 – 13 Oktyabr |
Səyed Rza Sadat | Oktyabr 2013 – Yanvar 2014 |
Ümid Tayyeri | Yanvar 2014 – 14 Fevral |
Əmin Abadi | Fevral 2014 – 14 Mart |
Yunis Bahonar | Mart 2014 – 14 Aprel |
Əmir Dadaşziaei | Aprel 2014 – 14 Sentyabr |
Qulamrza Bağabadi | Sentyabr 2014 – 15 İyun |
Nadir Dastneşan | İyun 2015 – 15 Noyabr |
Rasul Xatibi | Noyabr 2015–16 Dekabr |
Fərhad Kazemi | Dekabr 2016– |