Maşından-asılı proqram təminatı

Maşından-asılı (ing. machine-dependent, rus. машинно-зависимы) — müəyyən kompüterlə bağlı olan və onun spesifik və ya unikal xüsusiyyətini gerçəkləşdirən proqram və ya qurğu. Maşından-asılı proqramları, yaxud qurğuları başqa bir kompüterdə asanca (əgər, ümumiyyətlə, mümkündürsə) istifadə etmək olmur.

Maşından-asılı olan yüksək səviyyəli dillər maşının bütün imkanlarından tam istifadə etməyə, aydın və asanlıqla oxunan proqramlar yazmağa imkan verirlər. Bu dillərdə operatorlar və ifadələr istifadəçi üçün daha rahat şəkildə yazırlar. Onlara misal olaraq PL/M dilinin göstərmək olar. Bununla belə bu dillər konkret quruluşdan çox asılıdır və bu səbəbə görə praktikada geniş yayılmışdır.

Maşından-asılı olmayan yüksək səviyyəli dillərin yaxud alqoritmik dillərin tərkibində maşından asılı olan operatorlar iştirak etmir. Bu dillərə Alqol, Fortran, BASIC, Fokal, PL/1, Paskal və s. daxildir. Alqoritmik dillərin əsas üstünlüyü proqramçının yüksək əmək məhsuldarlığı, proqramların asanlıqla bir maşından digərinə keçirilməsi, proqramlardan asanlıqla istifadə etmək imkanının olmasıdır. Maşın dilində yazılmış xüsusi proqram-transiyator alqoritmik dildə təsvir edilən alqoritmin simvolik təsvirini emal edir və proqramı avtomatik olaraq maşın dilinə çevirilir.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.