Məmmədov Maarif Adil oğlu (28 sentyabr 1960, Mərdəkan – 26 may 2015) — Azərbaycanlı yazıçısı, ssenarist, dramaturq.
Maarif Məmmədov | |
---|---|
Maarif Adil oğlu Məmmədov | |
Doğum tarixi | 28 sentyabr 1960 |
Doğum yeri | |
Vəfat tarixi | 26 may 2015 (55 yaşında) |
Dəfn yeri | |
Həyat yoldaşı | Sədaqət Maarif |
Fəaliyyəti | ssenarist |
Maarif Məmmədov 28 sentyabr 1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib. Orta təhsilini H. Z. Tağıyev adına 123 nömrəli tam orta məktəbdə alıb. 1978–1980-ci illərdə hərbi qulluqda olub. Hərbi xidməti bitirdikdən sonra M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə qəbul olunub. Maarif Məmmədovun Universitetdə müəllimi Aydın Talıbzadə, teatrı sevdirən və həyat müəllimi isə Rəhman Əlizadə olub. 8 yaşından Nizami adına Mədəniyyət Mərkəzində "Mərdəkan" xalq teatrının tamaşalarında rol alan Maarif Məmmədov, sonradan Nizami adına Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor və rejissor vəzifələrində işləyib. Bir çox kiçik sujetlər və Tammetrajlı filmlər çəkib son illərdə Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda 3 filmi yer alıb.
Maarif Məmmədovun müəllifi olduğu filmlərə nümunə olaraq "Nə bilək vallah", "Qara pişik", "Sovqat", "Qaz", "Qeyri Adi Müştərilər", "Əsas Adam" və digərlərini, tamaşalara isə "Matəm marşı", "Sovqat", "Əcnəbi atası", "Yolunu azmış sərnişinlər", "Zorən dəli", Əziz Nesinin hekayəsi əsasında yazılmış "Ölmüş eşşəyin məktubları", "Adamı zorla dəli edərlər" və başqalarını göstərmək olar.
İlk dəfə televiziyada serialların ssenaristi, həm də rejissoru olub.1999-cu ildən "Ordan burdan" verilişinin həm müəllifi, həm də rejissoru olub. İlk əyləncəli proqram olan "7 alma" verilişinin müəllifidir. Azərbaycan Dövlət Televiziyasında bir çox tarixi filmlərin tərcüməsi ilə məşğul olub. Qələmə aldığı pyesləri Azərbaycan Dövlət Musiqili Teatrı və N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Maarif Məmmədov uzun sürən xəstəlikdən sonra 26 may, 2015-ci ildə dünyasını dəyişmişdir və doğulduğu Mərdəkan qəsəbəsində dəfn olunub.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |