«Maddə 22» (ing.Catch-22) — amerikalı yazıçı Jozef Hellerin qara yumor və satira janrında olan romanı. Roman 1953-cü ildə yazılmağa başlamış və ilk dəfə 1961-ci ildə çap edilmişdir. Əsərdə hadisələr İkinci dünya müharibəsi illərində cərəyan edir.[1]XX əsrin ən yaxşı əsərlərindən biri hesab olunur.[2]
Əsərin baş qəhrəmanı Yossarian yazdığı məktublara məşhur amerikalı yazıçı Vaşinqton İrvinqin adı ilə imza atır. Belə imza atmaq onu bezdirdikdə isə ad və soyadın yerini dəyişib imza atır.
Romanın mətnində Yossarian assuriyalı adlanır. Romanın davamı sayılan "Bağlanma vaxtı" əsərində Yossarian dostlarına deyir ki, onun adı milliyətcə assuriyalı olan dostu Frensis Yohannenin adının sintezindən əmələ gəlib.
Əsər çap olunduqdan sonra "Maddə 22" ifadəsi ABŞ-də çox məşhurlaşır. Hal-hazırda bu ifadə ABŞ-də çıxılmaz absurd vəziyyəti ifadə edir.
Bu roman "BBC" tərəfindən tərtib olunan "200 ən yaxşı kitab" siyahısında 11-ci yerdə qərarlaşıb.
Bu roman "Metallica" qrupunun solisti Ceyms Hetfildi "The Shortest Straw" adlı mahnını yaratmağa ilhamlandırıb.